Ölkə futbolu
“Qarabağ” müdafiədə zəifdir”
“Bayer”in futbolçusu Robert Andrix Avropa Liqası 1/8 final mərhələsinin “Qarabağ”la matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
29 yaşlı almaniyalı yarımmüdafiəçi ağdamlıların zəif cəhətlərindən danışıb:
“Qarabağ” hücumda çox güclüdür. Müdafiədə isə bir az zəifdirlər. Amma çətin oyun olacaq, çoxlarının təsəvvür etdiyi kimi asan olmayacaq. İlk matçı səfərdə keçirməyimizi üstünlük hesab edirəm. Təbii ki, səfər qolları qaydası artıq mövcud deyil. Çox istərdim ki, evdə, “Bay Arena”da növbəti mərhələyə adlaya bilək”.
Andrix qrup ounlarını xatırladıb: “Qrup mərhələsində asan bir oyun olmadı və indi də asan olacağını düşünmürük. Gözəl bir kollektivdirlər və sabah çətin oyun keçəcəyini gözləyirik. Bizim əvvəlki oyunlarımızdan da görünür ki, heyət “Qarabağ”la matça hazırdır. Heyətdə yer alanlardan heç kim pis performans göstərməyib. Komandamız çox inkişaf edib. Hər oyuna hazırlıqlı çıxırıq. Qarşımıza qoyulan tapşırıqları maksimum yerinə yetirməyə çalışırıq. Rəqib topla yaxşı oynamağı bacarır. Olduqca ağıllı futbol oynayırlar. “Qarabağ”ın futbolçuları öz mövqelərində baxımlı oynayırlar. Keçən oyunda proqramımızı Almaniya saatına görə tutmuşduq və indi də eyni şeyi edəciyik. Bu mənada heç bir problem olacağını gözləmirəm”.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı