Ölkə futbolu
“Qarabağ” pley-offa adlasa, bu nəhənglərlə qarşılaşa bilər
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, ağdamlıların 1/16 finalda qarşılaşa biləcəyi komandaların adlarına Çempionlar Liqasında qrup mərhələsinin 6-cı turunun oyunlarından sonra aydınlıq gəlib.
Ağdam təmsilçisi G qrupunda 2-ci pilləni tutsa, “Ayaks” (Niderland), “Bayer” (Almaniya), “Barselona”, “Sevilya” (hər ikisi İspaniya), “Sportinq” (Portuqaliya), “Zalsburq” (Avstriya), “Şaxtyor” (Donetsk, Ukrayna) və “Yuventus” (İtaliya) kimi rəqiblərdən biri ilə üz-üzə gələcək.
“Qarabağ” bu gün AL-in son turu çərçivəsində Almaniya “Frayburq”unu qəbul edəcək. Hazırda 7 xalla 2-ci pillədə yer alan Ağdam təmsilçisi rəqibinə qalib gələcəyi halda, Yunanıstanda “Olimpiakos” və Fransa “Nant”ı arasında keçiriləcək digər görüşün nəticəsindən asılı olmayaraq, adını pley-offa yazdıracaq.
Avropa Liqasında 1/16 finalın püşkü noyabrın 7-də atılacaq.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi