Ölkə futbolu
“Qarabağ” rekordu rəsmən açıqladı: Vadji bu qiymətə satılıb!
“Qarabağ” Fransanın “Sent-Etyen” klubuna satdığı İbrahima Vadjini üçün alacağı təzminatıın məbləğini açıqlayıb. Fransa mediası bu transfer üçün “Qarabağ”a 1 milyon avro təzminat ödəniləcəyini yazsa da, ağdamlıların baş meneceri Asif Əsgərov rəsmən məbləğin daha yüksək olduğunu bildirib.
Əsgərovun dediyi kimi, bu, Azərbaycan tarixində bir rekorddur: “Artıq Vadji “Sent-Etyen”ə transfer olunub. Bununla da “Qarabağ” Azərbaycan futbol tarixinin ən bahalı satışını gerçəkləşdirdi. Klubumuz Vadjini 1 milyon 600 min avroya “Sent-Etyen”ə satdı”.
“Sent-Etyen”lə 3 illik müqavilə bağlayan 27 yaşlı hücumçu yeni komandasında 25 nömrəli formanı geyinəcək. O, ötən il Norveç “Haqesund”ndan yarım milyon avroya transfer olunmuşdu.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…