Ölkə futbolu
“Qarabağ” “Reyncers”dən ayrılan hücumçu ilə maraqlanır
“Qarabağ” transfer çalışmalarını davam etdirir. Azərbaycan çempionunun adı daha bir əcnəbi futbolçu ilə birgə hallanır.
Futbolinfo.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, kolumbiyalı hücumçu Alfredo Morelos karyerasını ölkəmizdə davam etdirə bilər.
“Sun” nəşri Ağdam klubunun 27 yaşlı futbolçu ilə danışıq apardığını iddia edib. Morelos 2017-ci ildən formasını geyindiyi “Reyncers”lə müqaviləsi başa çatdığı üçün Şotlandiya klubundan ayrılıb və hazırda azad agentdir.
Məqalədə bildirilir ki, cəmi iki il əvvəl “Lill” klubunun Morelosun transferi üçün 16 milyon funt sterlinqlik təklifini şotlandlar qəbul etməmişdilər.
Qeyd edək ki, Alfredo Morelos 2018-ci ildən bəri Kolumbiya yığmasının heyətində 11 oyun keçirib, aktivinə 1 qol yazdırıb.
- Ölkə futbolu2024-05-06 10:08
“Dinamo” Mahiri satmaq istəyir, amma…
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”