Bizi izləyin

Dünya futbolu

“Qarabağ” üçün rekordçu “bülbül”: Fransada 5 il məğlubiyyət görməyb

blank
blank

Avropa Liqasının qrup mərhələsində ardıcıl olaraq “Frayburq”, “Nant” və “Olimpiakos”la qarşılaşacaq “Qarabağ”ın rəqibləri ilə tanış olmağa davam edirik. Daha öncə bəhs etdiyimiz “Frayburq”un tarixi haqqında danışmaq üçün bir çuval sözə ehiyac var idisə, “Nant”a görə anbar boşaltmaq lazımdır. Komandanın o qədər zəngin tarixi var ki… Hərçənd, 1904-cü ildə əsası qoyulan “Frayburq”la müqayisədə “Nant” daha gənc komandadır.

Məşqçilərinin iz buraxdığı klub

Fransada “sarı bülbüllər” ləqəbi ilə tanınan “Nant” 1943-cü ilin aprelin 21-də yaradılıb. Daha doğrusu, Nant şəhərini təmsil edən “Mellin” klubunun prezidenti Marsel Sopen şəhərin bir neçə kollektivini birləşdirərək yeni komanda yaratmaq qərarına gəlir və ona şəhərin adını verir.

İkinci Dünya Müharibəsinin gedişində yaradılan klub 2 il ərzində Liqa 2-yə vəsiqə qazanır. 15 il heç bir uğur qazana bilməyən “sarı bülbüllər” 60-cı illərdə Fransa futbolunda əməlli-başlı silkələnmə yaradır. İddialı kluba çevrilmək üçün 15 ilini sərf edən komanda Liqa 1-də qısa zaman kəsiyində nəhəng kluba çevrilir. Təsadüfi deyil ki, Fransa yüksək divizionunda 1963/64 mövsümündə debüt edən “sarı-göylər” debüt ilində 8-ci yeri tutursa, növbəti mövsümdə çempion olur.

Futbol tarixini vərəqləməli olsaq, qısa zaman kəsiyində bunu bacaran komandalar barmaqla sayılacaq qədər azdır. Maraqlıdır ki, “Nant” növbəti mövsümündə də ölkə çempionluğunu bayram edir.

Komanda bu uğuruna görə isə ispaniyalı baş məşqçisi Xose Arribasa minnətdar olmalıdır. 1960-76-cı illər aralığında “Nant”a rəhbərlik edən mütəxəssis Fransa futbolunda “Sent-Etyen” adlı “arı yuvası”na çubuq salmaqla ölkə futbolunda əsl rəqabət mühiti yarada bilir. Arribas 1972/73 mövsümündə də “Nant”a tarixində 3-cü çempionluğunu yaşadır.

Arribasın gedişindən sonra 50-ci illərdə “Reyms” və Fransa millisinin əfsanəvi oyunçularından olan Jan Vensan “sarı bülbüllər”in “sükanı arxasına” keçir. Vensanın “Nant”dakı debüt mövsümündə klub yenə ölkə çempionluğunu qazanır. O, “Nant”ı 1980-ci ildə də titul sahibinə çevirir. Maraqlıdır ki, Vensanın yalnız son mövsümündə komanda 6-cı yeri tutur. Onun 6 illik fəaliyyəti dövründə son mövsümü istisna etsək, komanda ya çempion olub, ya da gümüş medalları qazanır.

Arribas və Vensandan sonra “Nant” daha bir əfsanəvi məşqçi ilə Fransada yeni səhifə açır. 1982-86-cı illərdə bu klubun “sükanı arxasına” keçəndən sonra Jan-Klod Süodo yenə də Liqa 1-i silkələyə bilir. Vensan kimi, o da debüt ilində, yəni 1982/83 mövsümündə “Nant”a çempionluq qazandırır. Elə onun da bu 6 ildə ən pis nəticəsi yalnız bir dəfə 6-cı yer olur.

Amma 1986-cı ildə, yəni Süodonun gedişindən sonra Atlantik okeanı sahilinin sakinlərinin “qara günləri” başlayır. Komanda elitaya yüksəldikdən sonra ən pis göstəricisinə 1987-ci ildə “imza ataraq” 12-ci yeri tutur.  Hətta 1998-ci ildə Xorvatiya millisinə dünya çempionatında bürünc medal qazandıran Miroslav Blajeviç də “Nant”ı bataqlıqdan xilas edə bilmir. “Bülbüllər”in “lal” vəziyyətə düşməsi rəhbərliyi narahat edincə, onun dilini bilən “ana”sını yenidən evinə qaytarırlar. Bəli, söhbət Jan-Klod Süododan gedir. İkinci dəfə “Nant”ın ağır yükünün altına girən təcrübəli mütəxəssis komandanı zirvələrə qaytara bilir. 1991-ci ildə posta qayıdan mütəxəssis komandanı 1994/95 mövsümündə yenidən çempion etməyi bacarır.

2 il sonra “Nant”dan ayrılan Jan-Klodun yerinə Reynald Denue təyin olunur. Yəqin ki, futbol həvəskarları bu adı çox yaxşı xatırlayır. Bəli, 2000-ci illərdə Nihat və Kovaçeviçli “Real Sosyedad”ın İspaniya çempionatında mükəmməl çıxışı məhz bu məqçinin adı ilə bağlıdır. Amma o, San-Sebastyan klubuna yollanmamışdan əvvəl “Nant”a tarixində 6-cı çempionluğunu qazandırmağı bacarır. Doğrudur, onun başçılığı altında komanda ilk illərində o qədər də uğurlu çıxışı ilə yadda qalmır. Təsadüfi deyil ki, “Nant” 1999/2000 mövsümündə 12-ci yeri tutduğu halda, növbəti il artıq çempion olur.

“Sarı bülbüllər”i çempion etdikdən sonra klubu tərk edən Denue elə bərəkəti də özü ilə aparır. Məşqçiləri əlcək kimi dəyişən klub 1963/64 mövsümündə elitaya yüksəldikdən sonra ilk dəfə 2006/07 mövsümündə Liqa 1-i tərk edir. Maraqlıdır ki, bir il sonra elitaya qayıdan “Nant” yenidən aşağı yuvarlanır. Bu dəfə aşağı dəstədə bir qədər yubanan “sarı-göylər” bir də 2013/14 mövsümündə Liqa-1-də görünür. Bu müddət ərzində Fransanın qərb regionunda yerləşən komandanın ən yaxşı göstəricisi 7-ci yer olur (2016/17).

“Nant” avrokuboklarda

“Nant”ın avrokubok macəralarından danışmalı olsaq, mövzunu uzatmalıyıq. Sadəcə, ən vacib məqam kimi bu komandanın tarixinin ən yaxşı göstəricisi kimi 1995/96 mövsümündə Çempionlar Liqasının yarımfinala yüksəlməsini vurğulamaq olar. Həmin mövsüm finalın bir addımlığında komandanı “Yuventus” mübarizədən kənarlaşdırmışdı. Turindəki oyunda “Yuve” 2:0 hesabı ilə qalib gəlsə də, cavab oyununda “Nant” rəqibini 3:2 hesabıyla üstələməyi bacarmışdı.

“Sarı bülbüllər” 1979/80 mövsümündə də Kuboklar Kubokunda da yarımfinala qədər irəliləməyi bacarıb. Jan-Klod Süodonun komandası bu mərhələyə qədər “Styaua” və “Dinamo Moskva” kimi komandaları mübarizədən kənarlaşdırsa da, finala çıxmaq üçün “Valensiya” səddini adlaya bilməyib. “Dinamo”dan söz düşmüşkən, “Nant” tarix boyu Rusiya komandalarının qənimi olub. 1990-cı illərdə bu komanda “Tekstilşik” və “Rotor”u, Çempionlar Liqasında isə qrup mərhələsini 100 faizlik nəticəylə adlayan “Spartak”ı mübarizədən kənarlaşdırıb.

Son illəri, sahibi və Salanın dəhşətli faciəsi

Yuxarıda “Nant”ın məşqçilərindən xeyli danışdıq. Hazırda komandanı çalışdıran Antuan Kambuareyə qədər bu komandanı Serjio Konseysao, Vahid Halihodziç, Kristian Qyurkuff və Raymon Domenek kimi məşqçilər də idarə edib. Fransa futbolunun erməniəsilli tanınmış məşçqçilərindən olan Mişel de Zakaryan iki fərqli dönəmdə “Nant”a baş məşqçilik edib.

Amma Kambuare Raymon Denuedən sonra “Nant”a titul qazandıran yeganə məşqçi kimi diqqət mərkəzinə düşüb. Məhz onun başçılığı altında komanda ötən mövsüm tarixində 4-cü dəfə Fransa kubokunun qalibi olub. Xatırladaq ki, Kambuare 2009/11-ci illərdə PSJ-ni çalışdırıb. Onun başçılığı altında parislilər 2012-ci ildə Fransa çempionatında gümüş medal, 2010-cu ildə Fransa kubokunu qazanıb.

Bir neçə kəlmə də “Nant”ın prezidenti Valdemar Kita haqqında danışmaq yerinə düşərdi.1953-cü ildə Polşada doğulan və əslən polşalı olan Valdemar 68-də anası ilə birgə Fransaya köçür. 1986-cı ildə universtitet dostları ilə birgə xrustal və linzalar istehsal edən “Corneal” şirkətini quran Kita 2006-cı ildə bu müəssisəni 180 milyon avro müqabilində amerikalılara satır.

1998-ci ildə İsveçrə “Lozanna”sının səhmlərinə sahib çıxan Kita 3 il sonra böhranda olan klubu satır. O, 2007-ci ildə Liqa-2-də mübarizə aparan “Nant”ı 10 milyon avroya alır. Klubu yenidən dirçəltmək istəyən, müəyyən vaxtlarda doğru işlər görməklə Fransa futbol ictimaiyyətinin rəğbətini qazanan Kita “Nant” azarkeşləri tərəfindən o qədər də sevilmir. Hətta bir neçə dəfə ultras qrup onun Paris ətrafındakı evinə hücum çəkib istefasını tələb edib.

“Nant” deyəndə daha bir məqamı xatırlamaya bilmərik. 2019-cu ildə bu komandanın argentinalı ulduz oyunçusu Emiliano Sala “Kardiff Siti”yə satılır. Təəssüf ki, oyunçu Uelsə gedib çıxa bilmir. Onu Böyük Britaniyaya aparan kiçik təyyarə La Manş boğazından keçərkən qəzaya uğrayır. 21 yanvarda qəzaya uğrayan Salanın cəsədi 7 fevralda tapılır.

“Nant”ın keçmişi və bugünü haqqında çox danışmaq olar. Fransa futbol tarixində özünəməxsus yeri olan klubun oyun üslubu da uzun illər dərslik vəsaiti olub. Ümumiyyətlə, topa nəzarət və qısa ötürmələrlə oyun qurmaq “Nant”ın vizit vərəqi olub. Hətta bəzi mütəxəssislər Xosep Qvardiolanın vaxtı ilə “Barselona”ya aşıladığı oyunu “Nant” üslubu adlandırır.

“Nant”ın rekordları

Klub tarixinin ən çox oyun keçirən futbolçusu: Jan-Pol Berttan-Demane – 650 oyun

Klub tarixinin ən məhsuldar futbolçusu: Bernar Blanşe – 140 qol

Klub tarixinin bir oyunda ən çox qol vuran futbolçusu: Filipp Qonde – 4 top (Nant – Red Star 7:2, 1965)

Fransa çempionatı tarixinin ən uzun müddətdə məğlubedilməz komandası: 92 oyun (15 may 1976 – 7 aprel 1981)

Klub tarixinin ən böyükhesablı qələbəsi: Monpelye 8:0 (1956/57)

Klub tarixinin ən böyükhesablı məğlubiyyəti: Soşo 0:9 (1946/47)

Azərbaycan klubları Fransa klublarına qarşı

03.07.1999. Bakı. İntertoto Kuboku. Qarabağ – Monpelye 0:3

10.07.1999. Monpelye. İntertoto Kuboku. Monpelye – Qarabağ 6:0

18.09.2014. Bakı. Avropa Liqası. Qarabağ – Sent-Etyen 0:0

27.11.2014. Sent-Etyen. Avropa Liqası. Sent-Etyen – Qarabağ 1:1

22.10.2015. Monako. Avropa Liqası. Monako – Qarabağ 1:0

05.11.2015. Bakı. Avropa Liqası. Qarabağ – Monako 1:1

28.07.2016. Lill. Avropa Liqası. Lill – Qəbələ 1:1

04.08.2016. Bakı. Avropa Liqası. Qəbələ – Lill 1:0

20.10.2016. Sent-Etyen. Avropa Liqası. Sent-Etyen – Qəbələ 1:0

03.11.2016. Bakı. Avropa Liqası. Qəbələ – Sent-Etyen 1:2

17.02.2022. Marsel. Konfrans Liqası. Olimpik Marsel – Qarabağ 3:1

24.02.2022. Bakı. Konfrans Liqası. Qarabağ – Olimpik Marsel 0:3

ABBAS

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-21 15:52

İsgəndərli Türkiyədə növbəti matçına çıxdı

blank
Premyer-liqa2024-04-21 15:21

“Kəpəz”də üç itki

blank
Dünya futbolu2024-04-21 14:53

Krivotsyukun komandasından səfər heç-heçəsi

blank
Dünya futbolu2024-04-21 14:25

Həsənalızadənin komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-21 13:54

Ozan fərqləndi, komandası səfərdən 1 xalla döndü

blank
Digər idman növləri2024-04-21 13:17

Abasov İddiaçılar Turnirində növbəti sınağına çıxacaq

blank
Digər idman növləri2024-04-21 12:53

Azərbaycan cüdoçularından Avropa Kubokunun ilk günündə 2 medal

blank
Ölkə futbolu2024-04-21 12:34

Yüksək Liqada 19-cu turun oyunları keçiriləcək

blank
Ölkə futbolu2024-04-21 11:50

Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır

blank
Digər idman növləri2024-04-21 11:35

“Qarabağ” “Azəryol”a qalib gəldi

blank
Ölkə futbolu2024-04-21 10:19

Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq

blank
Digər idman növləri2024-04-21 09:50

İddiaçılar Turniri: Nicat sülh bağladı

blank
Premyer-liqa2024-04-21 09:33

“Kəpəz” “Sabah”a, “Araz-Naxçıvan” “Səbail”ə qarşı

blank
Digər idman növləri2024-04-21 08:20

Azərbaycan paraüzgüçüləri üçün Madeyra sınağı

blank
Ölkə futbolu2024-04-21 08:00

Andersonun dediyi kimi…

blank
Dünya futbolu2024-04-21 03:30

“Jirona”dan darmadağın

blank
Dünya futbolu2024-04-21 03:00

“Napoli” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-21 02:41

“Nant” evdə darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-21 02:22

“Arsenal”dan inamlı qələbə

blank
Ölkə futbolu2024-04-21 02:00

“Bayern”dən darmadağın

blank
Dünya futbolu2024-04-21 01:42

“Mançester Siti” “Çelsi”yə qalib gəldi, finala yüksəldi

blank
Dünya futbolu2024-04-21 01:21

Sahruddinin komandası xal itirdi, “Trabzonspor” qalib gəldi

blank
Digər idman növləri2024-04-21 01:00

Azərbaycan komandası Bakıdakı turnirdə 3-cü oldu

blank
Digər idman növləri2024-04-21 00:30

Azərbaycanın iki boksçusu AÇ-də mərhələ adladı

blank
Premyer-liqa2024-04-20 23:19

“Sonradan girənlər oyuna yaxşı qoşulanda adamın ürəyi açılır” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-04-20 22:54

“Bu, gözlənilməz oldu” – Miodraq Bojoviç

blank
Premyer-liqa2024-04-20 21:35

“Neftçi” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2024-04-20 21:00

“Qarabağ”la “Qəbələ”dən heç-heçə – VİDEO

blank
Premyer-liqa2024-04-20 20:55

“Zirə” “Neftçi”yə qalib gəldi

blank
Əvəzedicilər2024-04-20 19:53

“Sumqayıt”ın əvəzedicilərindən darmadağın

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm