Bizi izləyin

Ölkə futbolu

“Qarabağ” üçün yenilənmiş “Rakuv”

blank
blank

Bugünə qədər avrokubokarda 4 dəfə Polşa klubları ilə qarşılaşan və hər dəfə də rəqiblərini mübarizədən kənarlaşdıran “Qarabağ” yenə adıçəkilən ölkənin komandası ilə üz-üzə gəlmək məcburiyyətində qalıb. Amma “Visla”, “Piast”, “Legiya” və “Lex”lə mübarizədən qalib ayrılan Qurban Qurbanovun komandası bu dəfə böyük çətinliklə üzləşə bilər. Çünki yuxarıda adlarını çəkdiyimiz rəqiblər meydana çıxıb futbol oynamağa cəhd edib. Amma “Rakuv” konkret antifutbolla diqqət çəkir.

Yəqin ki, ötən mövsüm “Qarabağ”ın “Viktoriya Plzen”lə oyunlarını xatırlayırsınız.  Hər iki oyunda meydanda futbol oynamaq və hücum qurmaq istəyən komanda “Qarabağ” idi. “Viktoriya” isə Bakıya gətirdiyi “avtobus”u Plzendə də qapısının qarşısına qoydu. Hətta “Qarabağ” Çexiyada hesabda öndə olduğu zaman “Viktoriya” hücum qura bilmədi. Sadəcə, Şahrudinin kobud səhvi təmsilçimizi ÇL-dən etdi.

Bəli, çox təəssüf ki, “köhlən atlar”ın qarşısına daha bir “avtobus” çıxacaq. Ötən mövsüm məhz bu futbolun sayəsində “Rakuv” tarixində ilk dəfə Polşa çempionu oldu. Doğrudur, burada Polşa futbolunun flaqmanı olan “Legiya”nın son iki ildə zəifləməsini xüsusi qabartmaq olar. Amma istənilən halda, təkcə varşavalıları yox, digər rəqibləri də qabaqlamaq böyük uğur sayılmalıdır. Nəzərə alaq ki, 1921-ci ildə yaranan, amma Polşa çempionatında 1994-cü ildə debüt edən bu komanda elitada 4 mövsüm qərarlaşa bilib. 1997-ci ildə aşağı liqaya düşüblər və bir də 2019/20 mövsümündə Ekstraklasaya qayıdıblar.

Təbii ki, bu qayıdışın bir memarı var idi, o da komandanın baş məşqçisi Marek Papşun idi. 2017-ci ildə Polşanın II divizionunda komandanı çempion edən, 2019-cu ildə çenstoxovalılara I divizionun qalibi olmağa yardım göstərən bədən tərbiyəsi müəllimi 2023-cü ildə də onlara Polşa çempionluğu qazandırdı. Onun başçılığı altında “Rakuv” elitaya çıxdığı ilk mövsümdə 10-cu yeri tutsa da, növbəti iki ildə gümüş medallar qazandı. Hələ bu müddət ərzində – 2021 və 2022-ci illərdə – Papşunun komandası Polşa Kubokunun da qalibi oldu. Həmin illərdə də Polşa Superkubokunda baş mükafata sahib çıxdılar.

blank

Di gəl ki, heç kimin gözləmədiyi halda, bu komandanın memarı olan Papşun müqaviləni yeniləməyərək “Rakuv”dan ayrıldı. Onsuz da Polşa futbolunda belə bir inqlaba nail olan mütəxəssisin gedəcəyi gözlənilirdi. Hətta yerli mətbuat onun artıq Polşa çempionatının səviyyəsini aşdığını söyləyirdi. Amma Marek heç bir təklif almadan istirahət götürmək qərarına gəldi. Halbuki, Çempionlar Liqasında özünü sübut edə bilərdi. İndi isə oturub təklif gözləyir.

Papşunun başçılığı altında “Rakuv”un avrokuboklardakı macərasına nəzər salsaq, qısa zamanda çenstoxovalılar qitə səhnəsində heç də pis təsir bağışlamayıblar. 2021/22 mövsümündə avrokuboklarda debüt edən “Rakuv” Konfrans Liqasının ilk mərhələsində Litvanın “Suduva”sı ilə hər iki oyunda 0:0 hesabı ilə heç-heçə oynasa da, rəqibini penaltillərlə keçdi. Növbəti mərhələdə Rusiyanın “Rubin” klubunu mübarizədən kənarlaşdırdılar – 1:0, 0:0.  Növbəti mərhələdə “Gent”i evdə 1:0 hesabı ilə məğlub etsələr də, cavab oyununda 0:3 hesabı ilə uduzub mübarizəni dayandırdılar.

Ötən mövsüm Papşunun komandası yenə də Konfrans Liqasının pley-offuna qədər irəlilədi. Özü də yenə ilk iki mərhələdə qapılarında top görmədilər. Əvvəlcə “Astana”nı (5:0, 1:0), daha sonra “Spartak Trnava”nı (1:0, 2:0) qarşılarıdan atdılar. Növbəti mərhələdə “Slaviya Praqa”nı evdə 2:1 hesabı ilə məğlub edib səfərdə 0:1 hesabı ilə uduzdular. Əlavə vaxtda qapılarında top görüb yenə də qrup mərhələsinə düşə bilmədilər.

Papşunun gedişindən sonra komandanın yükünü çiyninə götürən David Şvarqa da eyni dəst-xəttə sadiq qalır.  Bunu ilk mərhələdə “Flora” ilə oyunda gördük. Mütəşəkkil müdafiə olunmağı bacarırlar, sadəcə, bu komanda mümkün qədər qapıya çox zərbə endirməyə çalışır. Top kimə düşdüsə, birinci qapıya baxır. “Flora”nı belə zərbələrlə hər iki oyunda başını döndərdilər. Tallinlilər topa nəzarəti əlində saxlaya bilmədiyindən civə kimi meydana səpələndilər. “Qarabağ” bu imkanı onlara yaratmayacaq deyə, civə funksiyasını “tısbağanın qın” taktikasına dəyişəcəklər. Amma əks-hücumlar yenə təhlükəl olacaq.

blank

Konkret fərdlərdən danışmalı olsaq, cinahlardan Bartoş Novakla Marçin Çebulanı gözdən qoymamalıyıq. Bu iki oyunçu çox qəribə oyun manerasına sahibdir. Sürətli reydlərlə cərimə meydançasının həndəvərinə yaxınlaşıb içəri yox, bir qədər arxaya ötürmə edirlər. Oradan biri çıxıb 16-20 metrdən qapını yoxlayır. Mümkün qədər Şahrudinin qabağında da sipər olmaq lazımdır. Amma bu da risklidir. Çünki belə epizodlarda “rikoşetlər”dən də yararlana bilirlər. Polşada keçirilən oyunda “Flora”nın qapısına məhz “rikoşet”lə yol tapdılar.

Bir də “Qarabağ” komandanın mərkəz hücumçusu Lukaş Zvolinskini çözməlidir. Əla fiziki göstəricilərə malik bu futbolçunu hava toplarında üstələmək lazımdır. Onu bağlasalar, “Rakuv”u qismən zərərsizləşdirmək olar.

Yarımmüdafiənin mərkəzində Ben Lederman Yannis Papanikalaunun pressinqlərindən yayınmaq lazımdır. “Rakuv”un döyünən ürəyi İvi Lopesin hazırda zədəli olmasını xüsusi qabartmalıyıq ki, bu da haradasa işimizə yaraya bilər. Doğrudur, ispaniyalı “dirijor” Polşadakı oyunda meydana çıxa bilər. Amma hazırda onun formada olmaması xeyrimizədir.

O ki, qaldı, bu komandanın yayda düşdüyü vəziyyətə, bu barədə bir qədər bəhs etməliyik. “Rakuv”da bu yay köklü dəyişikliklər baş verib. Transfer edilənlər və icarədən qayıdanları nəzərə alsaq, ümumilikdə 12 futbolçu Çenstoxova klubuna qoşulub. Daha biri isə əvəzedici komandadan gəlib.

“Rakuv” yalnız 3 oyunçuya görə xərcə düşüb. Onların transferləri üçün ümumən 2,9 milyon avro ödənilib. Bu məbləğin təxminən yarısı hücumameyilli yarımmüdafiəçi Con Yeboanın keçidinə verilib. Ötən mövsümü “Şlyonsk”da keçirən (32 matç, 10 qol, 2 assist) və bu səbəbdən Polşa çempionatı təcrübəsinə malik almaniyalı dərhal “Rakuv”un heyətində meydana çıxmağa başlayıb. Hətta Çempionlar Liqasının I təsnifat mərhələsində “Flora” ilə son oyunda bir məhsuldar ötürmə edib.

blank

Çenstoxovalıları xərcə salan digər futbolçu Stratos Svarnas olub. Yunanıstanlı müdafiəçiyə görə AEK-ə 800 min avro verilib. 25 yaşlı futbolçunun ötən mövsümü icarə əsasında və 200 min avro qarşılığında “Rakuv”da keçirdiyini qeyd edək. Əsas mövqeyi stopper olan, ancaq müdafiənin cinahlarında da çıxış etməyi bacaran Svarnasın məhsuldarlığı diqqəti çəkir: keçən mövsümdə 3 qol və 3 məhsuldar ötürmə. O, “Flora” ilə hər iki matçda 90 dəqiqə meydanda qalıb.

Nəhayət, “Rakuv”un bu yay transferi üçün pul ödədiyi son futbolçu David Drahaldır. O da eynilə Yeboa kimi hücumameyilli yarımmüdafiəçi olsa da, daha çox gələcək üçün alınıb. 18 yaşlı polşalı hələlik nə “medalyonlar”ın heyətində debüt etmək, nə də iştirak ərizəsinə düşmək şansını qazanıb. Ümumiyyətlə, ötən mövsüm Drahal üçün Ekstraklassada ilk “futbol ili” olub.

Maraqlıdır ki, “Rakuv” bu yay pul verdiyi futbolçulardan daha çox azad agent kimi heyətinə qatdığı oyunçudan xeyir görüb. Söhbət hücumçu Lukaş Zvolinskidən gedir. 30 yaşlı polşalı “medalyonlar”ın səfərdə “Flora” üzərində 3:0 hesablı qalib gəldiyi oyunda 2 qolun müəllifi olub. Zvolinski həm “Lexiya”da keçirdiyi son 4 mövsümdə, həm də daha əvvəl Xorvatiyada bombardirlik keyfiyyətlərini ortaya qoyub.

“Rakuv”un ən diqqətçəkən transferlərindən biri Sonni Kitteldir. “Ayntraxt” və “Hamburq”un sabiq futbolçusunun Bundesliqa təcrübəsi var. Ancaq bu çempionatda uğurlu çıxış etdiyini demək olmaz. Sol vinger və hücumameyilli yarımmüdafiəçi mövqelərində oynayan Kittel Bundesliqada keçirdiyi 60 matçda cəmi 2 qol və 2 assistlə yadda qalıb. Razılaşaq ki, zəig göstəricidir. Əvəzində alman futbolçu 2-ci Bundesliqada adından söz etdirib: 201 oyunda 57 qol, 60 məhsuldar ötürmə.

Polşa klubunun digər transferləri hələlik heç nə ilə fərqlənməyiblər. Onların böyük hissəsi heç debüt etmək şansı qazanmayıb.

Gedənlər:

Vladislavs Qutkovskis – hücumçu, 28 yaş, latviyalı, Koreyanın “Tecon Hana Sitizen” klubuna 800 min avroya. Son 3 mövsümdə stabil olaraq “Rakuv”un top-3 bombardirindən biri.

Patrik Kun – yarımmüdafiəçi, 28 yaş, polşalı, “Legiya”ya pulsuz. “Rakuv”da 5 mövsüm keçirmişdi, cəmi 5 qol.

Sebastyan Musölik – hücumçu, 27 yaş, polşalı, “Qornik”ə pulsuz. Əsas heyət üzvü deyil, son 3 mövsümü çox zəif keçirmişdi.

Tomas Petraşek – mərkəz müdafiəçisi, 31 yaş, “Çonbuk Hyundai”yə pulsuz. Son mövsümdə əsas heyətdə yerini itirmişdi.

Pedro Vieyra – sol vinger, 21 yaş, “Penafiel”ə azad agent statusu ilə yollanıb.

Olivye Sukiennitski – 20 yaş, hücumçu. “Rakuv-2”dən “Stalyova Volya”ya üz tutub.

Bununla yanaşı, klub 6 futbolçusunu da icarəyə göndərib.

ABBAS

Reklam

Reklam


blank
Premyer-liqa2024-05-05 22:32

“Sabah” bəxt sayəsində qalib gəldi” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-05 22:25

Renduliç: “Penalti təyin olunarkən reaksiyamız xoşuma gəlmədi”

blank
Digər idman növləri2024-05-05 22:18

“Xəzri” yarımfinalda!

blank
Premyer-liqa2024-05-05 21:49

“Sabah”a bir qol bəs etdi – VİDEO

blank
Digər idman növləri2024-05-05 21:21

Azərbaycan gimnastı Avropa Kubokunda gümüş medal qazandı

blank
Premyer-liqa2024-05-05 20:57

“Sabah”dan növbəti qələbə

blank
Digər idman növləri2024-05-05 20:22

Göygöldə Avropa Kuboku başa çatdı, Azərbaycan birinci oldu

blank
Premyer-liqa2024-05-05 20:00

Ayxan Abbasov: “Bacarmasam, çıxıb gedəcəyəm” – VİDEO

blank
Premyer-liqa2024-05-05 19:38

“Turan Tovuz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-05 19:19

Rəşad Sadıqov: “Bərabərlik də ədalətli nəticə olardı” – VİDEO

blank
Əvəzedicilər2024-05-05 18:59

“Qarabağ”ın əvəzediciləri “Neftçi”yə uduzdu

blank
Premyer-liqa2024-05-05 18:29

“Turan Tovuz” “Zirə”yə evdə uduzdu

blank
Digər idman növləri2024-05-05 17:31

“Bakı Marafonu 2024”ün qalibləri mükafatlandırıldı

blank
Digər idman növləri2024-05-05 17:09

Azərbaycan yığması Avropa Kubokunda növbəti medalı qazandı

blank
Digər idman növləri2024-05-05 16:22

“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi

blank
Əvəzedicilər2024-05-05 14:29

Əvəzedicilərin yarışında 33-cü turun təyinatları

blank
Dünya futbolu2024-05-05 13:33

Milli karyerasını başa vurdu

blank
Ölkə futbolu2024-05-05 12:41

“Qarabağ”dan hücumçusu ilə yeni müqavilə

blank
Digər idman növləri2024-05-05 12:22

Bu gün Bakıdakı Avropa Kubokuna yekun vurulacaq

blank
Digər idman növləri2024-05-05 11:22

“Bakı Marafonu 2024” start götürüb

blank
Dünya futbolu2024-05-05 11:11

22 il sonra Premyer Liqada

blank
Dünya futbolu2024-05-05 09:30

“Şeffild Yunayted” son 100 ildə 100 qol buraxan ilk komanda oldu

blank
Premyer-liqa2024-05-05 09:11

“Turan Tovuz” “Zirə”yə, “Araz-Naxçıvan” “Sabah”a qarşı

blank
Digər idman növləri2024-05-05 08:52

Daha bir ulduz tennisçi Roma turnirində olmayacaq

blank
Digər idman növləri2024-05-05 08:35

Mayamidə Ferstappen sprintin qalibi oldu

blank
Digər idman növləri2024-05-05 08:17

Avroliqa iştirakçıları səsvermə ilə seçiləcək

blank
Ölkə futbolu2024-05-05 08:00

“Sumqayıt”a son dəqiqə şoku, “Neftçi” üçün 5 ballıq zəlzələ

blank
Dünya futbolu2024-05-05 01:35

“Real” 36-cı çempionluğunu rəsmiləşdirdi

blank
Dünya futbolu2024-05-05 01:22

“Monako”dan darmadağın

blank
Dünya futbolu2024-05-05 01:04

“İnter”i məğlub edən tapıldı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm