Ölkə futbolu
“Qarabağ”a qarşı fərqli futbol sərgiləməliyik” – “Gent”in legioneri
Belçikanın “Gent” komandasının yarımmüdafiəçisi Endryu Hyulsager Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, Danimarkadan olan 28 yaşlı futbolçu bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
“Qarabağ” çox yaxşı komandadır. Onlara qarşı yaxşı oynamaq üçün fərqli tərzdə futbol sərgiləməliyik. Bunun üçün bütün gücümüzü ortaya qoyacağıq.
Stadionun ot örtüyü ilə tanış olmamışam. Məşqə çıxanda tanış olacağam”.
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Gent” matçına saat 21:45-də start veriləcək.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Müsahibə2024-04-11 13:00
İspan futbolçu: “Tovuzlu azarkeşlər ölkənin ən yaxşı azarkeşləridir”