Ölkə futbolu
“Qarabağ”dan daha bir nümunə: turniketlərə son
Komandanın uğuru təbii ki, birbaşa baş məşqçi Qurban Qurbanovla futbolçuların əziyyətinin nəticəsidi. Məhz onların zəhməti, fədakar oyunu nəticəsində bu qədər neqativ ab-havanın içində pozitiv hissləri unutmuruq, insanlar dərd-sərini sevindirici nəticələrlə qismən yaddan çıxarır.
Lakin “Qarabağ” təkcə komanda yox, həm də klub kimi çox böyüyüb, nümunə olub. Əsas komandanın uğurlarının arxasında dayanmadan çalışan, hər cür dəstək verən klub rəhbərliyi var. Onların inamı, dəstəyi misilsizdi, yaddan çıxmamalıdı.
“Qarabağ” idman nəticələri baxımından etalon olmağa davam edərkən, klub da ciddi nümunələr göstərir. Təkcə dünən ilk dəfə reallaşdırılan addımı qeyd etməyə dəyər. İllərdi azarkeşlərin stadiona girmək üçün çəkdiyi əziyyət sona çatdı. Klub rəhbərliyi cəsarətli addım ataraq fürsətləri imkana çevirdi və belə daha rahat olacağını isbatladı.
Klub rəhbərliyinin təşəbbüsü ilə “Qarabağ” – “Lex” oyunu öncəsi Respublika stadionunun təkcə metronun “Gəncilk” stansiyası tərəfdəki girişi yox, digər qapıları da açılmışdı. Avtomobillərin stadiona buraxılmaması üzündən azarkeşlərə rahat giriş-çıxış üçün şərait yaradılması əla addım idi. Heç kimə lazım olmayan mənasız turniketlərin ləğvi üzündən stadionun qarşısında öyrəşdiyimiz basırıq yox idi, matç bitincə də arena qısa zamanda boşaldıldı.
İllərdi mətbuatın bu barədə iradlarına “təhlükəsizlik tədbiri” adıyla bəhanə gətirənlərin əslində, yalançı qalxan tutduğu indi isbat olunur. Azarkeşlər zatən sektor girişlərində yoxlanılır. Belədə silsilə maneələrə, yersiz ləngitmələrə, süni yaradılan tıxaclara heç bir gərək yoxdu. Vaxtilə millinin, son illərdə klubların avrokubok oyunlarında tamaşaçıların çəkdiyi əziyyət nəhayət, sona yetdi. “Qarabağ” rəhbərliyi özlərinə də xoş olmayan bu buxovu qırmağa cəsarət etdi.
“Qarabağ” komanda kimi nəticələriylə ən yaxşıları bacardığı bir zamanda klub da meydanətrafı tədbirlərdə nümunə olmağa çalışır. Əsas olan tamaşaçı məmnuniyyətidi və o da həm tribunada, həm də digər məqamlarda təmin edilir. Alqışlamağa dəyər.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı