Ölkə futbolu
“Qarabağ”dan gürcü futbolçuya təbrik
“Qarabağ” futbolçusu Luka Quqeşaşvilini təbrik edib.
Futbolinfo.az xəbər verir ki, klub rəsmi sosial şəbəkə hesabları vasitəsi ilə yaydığı təbrikdə bunları qeyd edib:
“Təbriklər, Luka!
Futbolçumuz Luka Quqeşaşvilinin çıxış etdiyi Gürcüstan yığması Avropa çempionatına vəsiqə uğrunda pley-offun finalında Yunanıstanla qarşılaşıb.
Matçın əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasında qələbə qazanmış Gürcüstan millisi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib”.
Qeyd edək ki, Quqeşaşvili Gürcüstan millisinin ehtiyat qapıçısıdır. O, Yunanstanla matçda da ehtiyatda olub.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə