Ölkə futbolu
“Qarabağ”dan İngiltərə Premyer Liqasına?
“Qarabağ”ın qapıçısı Andrey Lunyov çətin ki, mövsümün sonunda Azərbaycanda qalsın. 32 yaşlı qolkiper bir neçə klubun maraq dairəsinə düşüb.
Futbolinfo.az xəbər verir ki, Rusiya millisinin futbolçusunun ölkəsi il yanaşı, Almaniya və İngiltərədə çıxış etmək şansı da mövcuddur. Britaniya mətbuatının iddiasına görə, “Nyukasl” yenidən ona maraq göstərir.
Qapıçı hələ mövsümün əvvəlində də Premyer Liqa təmsilçisinin gündəmində olub. Lakin həmin vaxt Lunyov ehtiyat qapıçı olmaq istəmədiyindən, təklifi rədd etmişdi. “Sağsağanlar” onun “Qarabağ”dakı çıxışını diqqət mərkəzində saxlayıb. “Nyukasl” rəhbərliyi yayda azad agent statusu daşıyacaq Lunyova yenidən təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, Andrey Lunyovun “Qarabağ”la müqavilə müddəti mövsümün sonuna qədərdir.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı