Ölkə futbolu
UEFA “Qarabağ”ı cərimələdi
UEFA “Qarabağ” klubunu 45750 avro (təxminən 84532 manat) cərimələyib. Qurum Bakıda Portuqaliyanın “Braqa” və Almaniyanın “Bayer” komandalarına qarşı Avropa Liqasının oyunlarında yaşananlara hüquqi qiymət verib.
“Köhlən atlar” “Braqa”ya qarşı pley-off mərhələsinin cavab matçında (2:3, əlavə vaxtda) lazer şüalarından istifadəyə görə 8000, təhqir xarakterli təxribatçı mesaj ucbatından 22500, ictimaiyyətə müraciət sistemindən düzgün istifadə edilməməsi səbəbindən 5000, komandanın düzgün olmayan davranışına görə 7500 avro ödəyəcək (Report).
Leverkuzen təmsilçisi ilə 1/8 final mərhələsinin Bakıdakı ilk qarşılaşmasında (2:2) isə azarkeşlər pirotexniki vasitələrdən istifadə ediblər. “Qarabağ” bu səbəbdən 2750 avro ziyana düşüb.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə