Ölkə futbolu
“Qarabağ”ın 2 futbolçusu və məşqçisi UEFA tərəfindən cəzalandırıldı
UEFA “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevi cəzalandırıb.
Futbolinfo.az xəbər verir ki, buna onun “Braqa”ya qarşı Bakıdakı matçda qırmızı vərəqə alması səbəb olub (2 sarı vərəqə).
23 yaşlı müdafiəçiyə 1 oyunluq cəza verilib. Həmin matçda qırmızı vərəqə alan “Qarabağ”ın məşqçisi Elçin Rəhmanova da 1 oyunluq cəza təyin olunub.
Cəfərquliyevlə Rəhmanov “Bayer”ə (Almaniya) qarşı Bakıda keçiriləcək Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununu buraxmalı olacaqlar. Bu oyunu “Qarabağ”ın başqa bir futbolçusu – Julio Romao da buraxmalı olacaq. Braziliyalı yarımmüdafiəçi “Braqa” ilə matçda sarı vərəqə limitini doldurduğu üçün cəzalı duruma düşüb.