Premyer-liqa
“Qarabağ”ın çempionat oyunu təxirə salındı – “Braqa” ilə matça görə
Misli Premyer Liqasında 23-cü turun oyun cədvəli məlum olub.
Futbolinfo.az xəbər verir ki, “Qarabağ” klubunun rəsmi müraciəti, “Qəbələ” klubunun razılıq məktubu, PFL Əsasnaməsinin 6-cı maddəsinin 2-ci bəndi nəzərə alınaraq “Qarabağ” klubunun ölkəmizi Avropa Liqasında layiqincə təmsil etməsi məqsədilə Misli Premyer Liqasının 23-cü turunun “Qəbələ” – “Qarabağ” oyunu PFL tərəfindən təxirə salınıb.
Görüşün oynanılma vaxtı ilə bağlı PFL-in rəsmi saytında əlavə məlumat yerləşdiriləcək.
Komandaların əvəzedici heyətləri arasında baş tutacaq oyun təqvimə uyğun şəkildə reallaşacaq.
17 fevral (şənbə)
“Sabah” – “Kəpəz”
“Bank Respublika Arena”, 16:00
“Səbail” – “Araz-Naxçıvan”
“ASCO Arena”, 18:30
18 fevral (bazar)
“Sumqayıt” – “Turan Tovuz”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:30
“Neftçi” – “Zirə”
“Neftçi Arena”, 18:00
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi