Ölkə futbolu
“Qarabağ”ın hücumçusu 50-yə çatdı
Musa Qurbanlı Azərbaycan çempionatında 50-ci oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın hücumçusunun yubileyi Misli Premyer Liqasının XXIV turuna təsadüf edib.
21 yaşlı futbolçu üçün “Neftçi” ilə ev matçı (1:1) əlamətdar olub.
Musa Premyer Liqadakı 50 oyunda 26 qol vurub. Onun orta məhsuldarlığı 0,52-yə bərabərdir. O, ölkə çempionatında iki komandanın şərəfini qoruyub. “Qarabağ”da 41 görüşdə 25 dəfə fərqlənən forvard “Zirə”dəki 9 qarşılaşmada 1 dəfə qol sevinci yaşayıb.
Qeyd edək ki, Musanın Premyer Liqada debütü 2020-ci il sentyabrın 25-də gerçəkləşib. O, “Qarabağ” forması ilə “Sumqayıt”la səfər görüşündə (2:2) şans qazanıb.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq