Ölkə futbolu
“Qarabağ”ın ilk matçının hakim təyinatları açıqlandı
Futbol üzrə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la Cəbəllüttariqin “Linkoln” komandası arasında keçiriləcək ilk oyunun hakim təyinatları açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, UEFA bu qarşılaşmanı Latviyadan olan hakimlər briqadasına tapşırıb.
Matçın baş hakimi Vitali Spasyonnikov olacaq. Ona yan xətt hakimləri Raymond Tatrik və Artur Şakurov kömək edəcəklər. Dördüncü hakim funskiyasını isə Aleksandr Anufriyev yerinə yetirəcək.
“Qarabağ”ın “Linkoln”la ilk oyunu iyulun 11-də Cəbəllüttariqdəki “Viktoriya” stadionunda baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.
- Ölkə futbolu2024-05-06 10:08
“Dinamo” Mahiri satmaq istəyir, amma…
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü