Bizi izləyin

Dünya futbolu

“Qarabağ”ın ilk rəqibi: Löv və Yurçeviçin “Frayburq”u

blank
blank

“Qarabağ” tarixində ikinci dəfə Çempionlar Liqasının qrup mərhələsində oynamağı çox arzulayırdı. Hər halda, Bakıya qitə nəhənglərini gətirməklə dünyanın diqqət mərkəzində olmaq ölkə futbolumuz adına böyük uğur olardı. Təəsüf ki, “Viktoriya” ilə oyunda qələbəyə yaxın olduğumuz məqamda bütün arzularımız şam kimi əridi. Nəticədə Bakıya “Barselona” və PSJ yox, “Frayburq” və “Nant” kimi klublar gələsi olacaq.

ÇL-də oynamırsansa, AL-də qrupdan çıxmaq üçün münasib rəqiblər arzulamalısan ki, bu mənada da bəxtimiz gətirmədi. “Qarabağ” Almaniyanın ən döyüşkən komandalarından olan “Frayburq” və Fransada əzmkar oyunu ilə diqqət çəkən “Nant”la münasibətlərinə aydınlıq gətirəcək. Hələ böyük avrokubok təcrübəsi olan “Olimpiakos”dan danışmırıq.

Əslində, “Olimpiakos”dan da danışacağıq, “Nant”dan da. Amma bu gün növbəni ilk rəqibimiz “Frayburq”a verməliyik. Görəsən, Ağdam klubu qrupda ən güclü komanda təsiri bağışlayan bu rəqibi ilə sınaqdan üzüağ çıxa biləcəkmi? Qrupun ilk və son oyununda bu rəqibi nə iləsə təəccübləndirəcəyikmi?

Bunun üçün isə ilk növbədə ötən mövsüm bundesliqada 6-cı yeri tutan və ölkə kubokunun finalına yüksələn “Frayburq”u tanımaq lazımdır. Qurban Qurbanov öz oyunçuları üçün görün(məy)ən kəndə bələdçilik edəcək. Elə biz də oxucular üçün bunu etsək, yerinə düşər.

Almaniyanın Baden-Vürtemberq vilayətinin Frayburq-im-Braysqau şəhərini təmsil “Frayburq” 1904-cü ildə yaradılıb. 1924-cü ilə qədər bu klub digər komandalarla qarışıq halda mübarizə aparıb. 1974-cü ilə qədər isə haqqında danışdığımız klub Almaniyanın müxtəlif zona birinciliklərində həvəskar komanda statusunda yarışıb. 1978-ci ildə “Braysqau braziliyalıları” tarixində ilk dəfə II Bundesliqaya vəsiqə qazanıb. “Frayburq”un ləqəbi də məhz bu komandanın braziliyalılar kimi texnikalı və baxımlı futbola üstünlük verməsindən götürülüb.

“Frayburq”un klub kimi dirçəlməsinin və yüksək liqalarda oynamasının əsas səbəbkarı Axim Ştoker olub. 1970-ci ildə funksioner kimi klubda çalışmağa başlayan Ştoker 2 ildən sonra onun prezidenti seçilir. Məhz Aximin 37 illik fəaliyyəti dövründə “Frayburq” Almaniyada iddialı da olmasa, ortabab klublardan birinə çevrilir.

Klubun sabit çıxış etməsinin səbəbi də elə buradan qaynaqlanır. Məsələ ondadır ki, “Frayburq”un sabiq baş məşqçisi Folker Finke 17 il bu komandanı çalışdırmaqla (1991-2007) Almaniya rekordunu müəyyənləşdirib. Belə ki, indiyə qədər bu ölkənin peşəkar liqalarında mübarizə aparan heç bir klub bir məşqçiyə bu qədər şans verməyib. Hazırda komandanın baş məşqçisi olan Kristan Ştrayx da ömür vəfa edəcəyi halda bu rekordu təkrarlaya bilər. 57 yaşlı mütəxəssisin bunu reallaşdırması üçün daha 6 il vaxta ehtiyacı var.

Futbolçu kimi “Frayburger”, “Ştutqart Kikkers” və “Homburger” komandalarında oynayan Ştrayx 1987/88 mövsümündə “Frayburq”un da formasını geyinib. O, məşqçilik karyerasına məhz burada başlayıb. 1995-2011-ci illər aralığında “Frayburq”un yeniyetmə və əvəzedicilərdən ibarət komandasını çalışdıran Ştrayx 2007-ci ildən hətta bu klubda baş məşqçinin köməkçisi kimi də faəliyyət göstərib. 2011-ci ildən isə Ştrayx Braysqau komandasının baş məşqçisi kimi çalışır.

Yeri gəlmişkən, “böyük beşlik” ölkələrində o, “Atletiko”nun çalışdırıcısı Dieqo Simeone ilə birgə bir komandada fəaliyyət göstərən ən “uzunömürlü məşqçi” sayılır. Xatırladaq ki, Simeone də 2011-ci ildən “Atetiko”da çalışır.

Ştrayxa qədər, yəni Folker Finkenin dövründə “Frayburq” 1995/96 və 2001/02 mövsümlərində avrokuboklara vəsiqə qazanmışdı. 1995/96 mövsümündə UEFA Kubokunun ilk mərhələsində “Braysqau braziliyalıları”nın qarşısını Praqanın “Slaviya” klubu kəsmişdisə, 6 il sonra Almaniya təmsilçisi qismən uğurlu çıxış etmişdi. UEFA Kubokunun ilk mərhələsində Slovakiyanın “Matador Puxov”, daha sonra İsveçrənin “Sankt Qallen” klublarını mübarizədən kənarlaşdıran “Frayburq”, 3-cü mərhələdə Niderlandın “Feyenoord” klubu ilə bacara bilməmişdi.

Ştrayxın dövründə isə komanda birbaşa olaraq Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Maraqlıdır ki, 2013/14 mövsümündə bu komanda tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə apara bilərdi. Amma mövsümün son turunda “Şalke”yə 1:2 hesablı məğlubiyyət nəticəsində helzenkirxenlilərin ÇL-ə, “Frayburq”un isə AL-ə yolu açıldı. Qitənin ikinci dərəcəli klub turnirində H qrupunda mübarizə aparan “Braysqau brailiyalıları” “Sevilya”ya hər iki oyunda uduzdusa, “Eştoril”dən 2, “Slovan Liberets”dən 4 xal qoparmağı bacardı. Nəticədə komanda qrupda 3-cü yeri tutaraq avrokuboklarda mübarizəni dayandırdı.

2017/18 mövsümündə də “Frayburq”un Avropa Liqası macərası qısa sürüb. İlk mərhələdə Sloveniyanın “Domjale” klubunu evdə 1:0 hesabıyla məğlub edən Ştrayxın komandası cavab oyununda gözlənilmədən 0:2 hesabıyla uduzub.

İndiki məqamda “Frayburq”un tarixini bəzəyən oyunçular haqqında da bir neçə sətir yazmaq yerinə düşərdi.  Əlbəttə, bu oyunçuların siyahısını uzatmaqla mətləbdən yayınmaq istəməzdik. Klubun əfsanəvi oyunçularından söz salmaq lazımdırsa, bu mənada Almaniya yığmasına 2014-cü ildə dünya çempionluğu qazandıran Yoahim Lövün adını xüsusi çəkmək olar. Elə Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç də vaxtilə bu komandanın formasını geyinib. Xorvatiyalı sabiq yarımmüdafiəçi 1995-97-ci illərdə “Frayburq”un heyətində keçirdiyi 45 oyunda 5 qol vurub.

“Frayburq”u Azərbaycana bağlayan daha bir oyunçu da var. Bəli, söhbət 2013/14 mövsümündə “İnter”in heyətində çıxış edən gürcüstanlı hücumçu Aleksandr İaşvilidən gedir. 1997-2007-ci illər aralığında bu komandanın formasını geyinən İaşvili 255 oyunda 51 qol vurub ki, bunun da 29-u bundesliqanın payına düşür. Bu göstəricidə Aleksandr “Frayburq”un heyətində Bundesliqada fərqlənən oyunçular arasında 3-cü pillədədir.

Gürcü oyunçulardan Levon Kobiaşvili də 1998-2003-cü illərdə bu komandanın şərəfini qoruyub (149 oyun 30 qol). Hətta Levon Bundesliqa tarixində ən çox qol vuran “Frayburq”lu futbolçular sırasında 10-cu yerdədir. Bu göstəricidə “Braysqau braziliyalıları”nın lideri Nils Petersendir. 2015-ci ildən bu komandanın heyətində oynayan “Karl Tseyess”in yetirməsi “Frayburq”un heyətində bundesliqada 167 oyuna 68 qol vurub.

“Frayburq”un rekordları…

Klub tarixinin ən məhsuldar oyunçusu: Nils Petersen – 102 qol

Klub tarixinin ən baha transferi: Admir Mehmedi (Dinamo Kiyev) – 2014-cü il

Klubun tarixində ən baha qiymətə satdığı oyunçu:  Çağlar Söyüncü (Lester Siti) – 2018-ci il

Klub tarixin ən gənc qol vuran oyunçusu: Mattias Ginter – 18 yaş 2 gün

Klub tarixinin ən çox oyun keçirən oyunçusu: Andreas Zeyer – 435 oyun

Kluba tarixində ən çox qol vuran oyunçu: Klaudio Pizzaro – 14 qol (17 oyuna)

Klubun tarixində ən böyükhesablı ev qələbəsi: Rot Veys Erfrut 6:0 (24 avqust, 1991)  

Klubun tarixində ən böyükhesablı səfər qələbəsi: Borussiya Münxenqladbax 6:0  (5 dekabr, 2021)

Klubun tarixində ən böyükhesablı ev məğlubiyyəti: Bavariya 0:6 (16 dekabr, 2003,) / Verder Bremen (4 dekabr, 2004) / Verder Bremen (21 noyabr, 2009)

Klub tarixinin ən böyükhesablı səfər məğlubiyyəti: Bavariya 0:7 (10 sentyabr, 2011)

II Bundesliqada klubun ən yaxşı göstəricisi: 1-ci yer (1992/93, 2002/03, 2008/09, 2015/16)

I Bundesliqada klubun ən yaxşı göstəricisi: 3-cü yer (1994/95)

Ölkə kubokunda ən yaxşı gösəricisi: finalçı (2021/22 mövsümü)

Azərbaycan və Almaniya klublarının dueli

19.08.2010. Dortmund. Avropa Liqası, pley-off: Borussiya Dortmund – Qarabağ 4:0

26.08.2010. Bakı. Avropa Liqası, pley-off: Qarabağ – Borussiya Dortmund 0:1

22.08.2013. Bakı. Avropa Liqası, pley-off: Qarabağ – Ayntraxt 0:2

29.08.2013. Frankfurt. Avropa Liqası, pley-off:  Ayntraxt – Qarabağ 2:1

22.10.2015. Bakı. Avropa Liqası, qrup mərhələsi: Qəbələ – Borussiya Dortmund 1:3

05.11.2015. Dortmund. Avropa Liqası, qrup mərhələsi Borussiya Dortmund – Qəbələ 4:0

29.09.2016. Bakı. Avropa Liqası, qrup mərhələsi: Qəbələ – Maynts 2:3

08.12.2016. Maynts. Avropa Liqası, qrup mərhələsi: Maynts – Qəbələ 2:0

ABBAS

Reklam

Reklam


blank
Digər2024-04-12 11:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-12 10:46

Cüdoçularımız Olimpiya təlim-məşq toplanışında iştirak ediblər

blank
Digər idman növləri2024-04-12 10:32

Azərbaycanın gənc gimnastları üçün Slovakiya sınağı

blank
Digər idman növləri2024-04-12 10:18

Həmiltonun əvəzi tapılıb?

blank
Digər idman növləri2024-04-12 10:01

Azərbaycanın 3 bədii gimnastı beynəlxalq turnirdə iştirak edəcək

blank
Dünya futbolu2024-04-12 09:46

Həftənin ən yaxşısı adına namizədlər

blank
Digər idman növləri2024-04-12 09:29

Nicat Abasov yenə qələbə qazana bilmədi

blank
Premyer-liqa2024-04-12 09:10

“Sumqayıt” “Zirə”yə qarşı

blank
Digər idman növləri2024-04-12 08:52

Alonso müqaviləni 2026-cı ilə qədər artırdı

blank
Dünya futbolu2024-04-12 08:34

Anası razılığa gəlmədi, Fransa millisinin üzvü “Yuventus”dan gedir

blank
Digər idman növləri2024-04-12 08:17

Monte-Karloda ¼ finalçılar məlum oldu

blank
Ölkə futbolu2024-04-12 08:00

Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı

blank
Premyer-liqa2024-04-12 01:39

“Sumqayıt” – “Zirə” matçının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-12 01:33

Azərbaycan çempionatına start verilib

blank
Digər idman növləri2024-04-12 01:32

Azərbaycan badmintonçusu AÇ-nin 1/4 finalında

blank
Digər idman növləri2024-04-12 01:29

“Xırdalan” qalib gəldi, dördüncü pilləyə yüksəldi

blank
Dünya futbolu2024-04-12 01:20

“Fənərbaxça” yunanlara ilk oyunda məğlub oldu

blank
Ölkə futbolu2024-04-12 01:10

Avroliqa: “Liverpul”la “Milan” evdə uduzdu

blank
Digər idman növləri2024-04-12 00:29

“Anadolu Efes” növbəti mərhələdə

blank
Dünya futbolu2024-04-11 23:58

“Fənərbağça”ya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-11 23:41

İki boksçumuz Avropa birinciliyinin yarımfinalında

blank
Digər idman növləri2024-04-11 19:01

Nadal Barselonada ilk məşqinə çıxdı

blank
Digər idman növləri2024-04-11 18:42

Avstraliya ilkin heyəti açıqladı

blank
Digər idman növləri2024-04-11 18:20

MBA-da pley-offun ilk cütlüyü məlum oldu

blank
Digər idman növləri2024-04-11 18:02

Kobi Brayantın forması 1,75 milyon dollara satıldı

blank
I Liqa2024-04-11 17:45

“Şamaxı” evdə xal itirdi

blank
Dünya futbolu2024-04-11 17:31

Bəxtiyar baş məşqçisiz qaldı

blank
Digər idman növləri2024-04-11 17:00

Azərbaycan növbəti dəfə cüdo üzrə Avropa Kubokuna ev sahibliyi edəcək

blank
Dünya futbolu2024-04-11 16:27

Markinyos Pilorjeni ötdü

blank
Dünya futbolu2024-04-11 16:04

“Tottenhem” Uilyams üçün tələb olunan məbləği ödəyəcək

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm