Ölkə futbolu
“Qarabağ”ın kapitanı yenidən sıradan çıxdı
“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev yenidən zədələnib.
Futbolinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov açıqlama verib.
50 yaşlı mütəxəssis bildirib ki, kapitan Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində Almaniyada keçirilmiş “Frayburq”la səfər matçından əvvəl məşq vaxtı ciddi zədələnib. O, 33 yaşlı müdafiəçinin 1 ay oynamayacağını söyləyib.
Qurbanov daha bir arxa xətt oyunçusu Bədavi Hüseynovun da müəyyən ağrıları səbəbindən MRT müayinəsindən keçdiyini diqqətə çatdırıb. Baş məşqçi bu səbəbdən, Hüseynovu Premyer Liqanın 6-cı turunun “Sabah”la matçına buraxmağa risk etmədiyini dilə gətirib: “Əlimizdəki futbolçulara güvənərək, davam edəcəyik”.
“Qarabağ” “Sabah”a 4:3 hesabı ilə qalib gəlib. Avropa Liqasının qrup mərhələsində isə Azərbaycan təmsilçisi “Frayburq”a səfərdə uduzub – 1:2. Növbəti oyun Tofiq Bəhramov adına Respublika stadionunda Fransa “Nant”ına qarşı olacaq. Sentyabrın 15-də keçiriləcək oyuna saat 20:45-də start veriləcək.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə