Ölkə futbolu
“Qarabağ”ın legioneri Barselonada əməliyyat olunacaq
“Qarabağ”ın zədəli futbolçusu Xayme Romero bu həftə əməliyyat olunacaq.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Report”a Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, hazırda ölkəsində olan ispaniyalı yarımmüdafiəçinin əməliyyatı Barselonada baş tutacaq. 31 yaşlı vinger bəzi müayinələrdən keçdikdən sonra cərrahi müdaxilənin dəqiq vaxtı bəlli olacaq.
Abbaszadə bildirib ki, əməliyyat bu gün və ya sabaha nəzərdə tutulub.
Qeyd edək ki, Bakıda İsveçrə “Bazel”inə qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin ilk tur oyununda (0:0) zədələnmiş Xayme Romero ən azı 5-6 ay yaşıl meydanlardan kənarda qalacaq.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Milli komanda2024-05-07 14:20
Kunts – AFFA-nın, yoxsa Nəsirovun namizədi?
- Ölkə futbolu2024-05-07 15:32
Şakir mövsüm bitən kimi “Sabah”a qayıdacaq
- Digər idman növləri2024-05-07 15:00
Bakıdakı Dünya Kubokunda növbəti medalçılar müəyyənləşdi