Ölkə futbolu
“Qarabağ”ın məşqçisi: “13-14 sağlam futbolçumuz var”
“Məlum səbəblərə görə az oyunçumuz var. 13-14 sağlam futbolçu qalıb”.
Futbolinfo.az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda İsrailin “Makkabi” (Təl-Əviv) komandasına qarşı matçdan əvvəl mətbuat konfransında deyib.
Gənc mütəxəssis Mahir Emrelinin də koronavirusa yoluxduğunu xatırladıb: “Dua edirik ki, digər futbolçular sabaha tam hazır olsunlar”.
Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçına Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı