Ölkə futbolu
“Qarabağ”ın sabiq futbolçusu Tovuza gəlir
“Qarabağ”ın sabiq futbolçusu Faysal Rerras yenidən Azərbaycanda oynayacaq. Sol cinah müdafiəçisi “Turan Tovuz”la anlaşmaq üzrədi. Vaxtilə Mərakeş millisində oynamış müdafiəçi özü də açıqlamasında xəbəri təsdiq edib: “Bəli, belə bir şey var. İnşallah, hər şey mümkündü” (sportal.az).
29 yaşlı müdafiəçi “Vize”, “Sent-Trüden”, “Hart”, “Mexelen”, “Hibernian”, “Beziers”, “Qarabağ”, “Muludia” və “Levski”də oynayıb. Amma bu oyunçunun sağlıq durumu ilə bağlı problem var. “Qarabağ”dan da bu üzdən ayrılan müdafiəçi son 2 ildə cəmi 2 matça çıxıb. Ağdam klubunda cəmi 6 matçda forma geymiş oyunçunun buradan gedəndən sonra daim zədələrdən əziyyət çəkməsi araşdırılmalıdı. Ümid edirik ki, tovuzlular Faysala şans verdiyi üçün məyus olmayacaq.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…