Ölkə futbolu
“Qarabağ” yeni transferini rəsmən açıqladı – VİDEO
“Qarabağ” yeni transferini rəsmən açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, Ağdam klubu Albaniya yığmasının hücumçusu Redon Cicanı heyətinə qatıb.
Bu barədə klubun sosial şəbəkə hesabında video paylaşılıb. 24 yaşlı hücumçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Xatırladaq ki, Cicanın əvvəlki klubu Albaniya “Tirana”sıdır. O, daha öncə “Laçi”nin də formasını geyinib. Hücumçu Albaniya yığmasında da 2 oyun keçirib.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı