Dünya futbolu
“Qarabağ”la hər 2 oyunu buraxacaq – Mərakeşli hücumçu
“Olimpiakos”un (Yunanıstan) futbolçusu Yussef Əl-Arabi UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı keçiriləcək hər iki oyunu buraxacaq.
Futbolinfo.az xəbər verir ki, bu gün tibbi müayinədən keçən mərakeşli hücumçunun durumunun ciddi olduğu məlum olub.
Sağ dizinin yan bağlarında problem aşkarlanan 35 yaşlı futbolçu azı bir ay yaşıl meydanlardan kənarda qalacaq.
“Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da Afinada, növbəti görüşünü bir həftə sonra Bakıda keçirəcək.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı