Ölkə futbolu
Qarayevin “Neftçi”yə keçidi rəsmiləşdi – VİDEO
“Neftçi” transfer işlərini davam etdirir.
Futbolinfo.az xəbər verir ki, bu dəfə milli komandamızın sabiq üzvü Qara Qarayevlə 2+1 il şərtli müqavilə bağlanıb.
30 yaşlı dayaq yarımmüdafiəçisi yeni komandasının heyətində 2 nömrəli formanı geyinəcək.
Qarayev karyerası ərzində yalnız “Qarabağ” klubunda çıxış edib. O, 2008-ci ildən oynadığı Ağdam təmsilçisi ilə 9 dəfə Azərbaycan çempionatının, 4 dəfə isə ölkə kubokunun qalibi olub. Milli komandamızın heyətində 76 oyun keçirib.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayevi, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi, həmçinin mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matiası və macarıstanlı Mark Tamaşı transfer edib.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”
- Premyer-liqa2024-05-04 18:23
“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə