Ölkə futbolu
“Qazandığımız təcrübənin bizə kömək olacağını düşünürəm”
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Serbiyanın “Çukariçki” klubuna rəqib olmalarına münasibət bildirib.
Futbolinfo.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında püşkü belə dəyərləndirib:
“Sumqayıt” FK olaraq ötən mövsüm avrokubok həyacanını yaşamışdıq. Əlbəttə, az da olsa, təcrübəmizin olduğunu düşünürəm. Dünən axşam məlum olan 5 potensial rəqibləri demək olar ki, analiz etmişdik. Onların hamısı öz liqalarının güclü klublarındandır. Püşkün nəticəsinə əsasən, Serbiyanın “Çukariçki” klubu ilə qarşılaşacağıq. 94 yaşlı rəqibimiz ötən mövsüm çempionatı 3-cü pillədə bitirib. Bizim kimi onlar da, daha çox yerli futbolçuların xidmətindən yararlanır. Rəqibin Avropa təcrübəsi bizdən çox olsa da, ötən il qazandığımız təcrübənin bizə kömək olacağını düşünürəm. İndi əsas işimiz yeni mövsümə hazırlaşmaq və bu oyuna qədər komandanı hazır vəziyyətə gətirməkdir. Konfrans Liqasında Azərbaycanın adını layiqincə təmsil etmək üçün əlimizdən gələni etməyə çalışacağıq”.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”