Digər idman növləri
Qazaxıstan MotoGP-ni keçirməyə hazırdır
MotoGP üzrə Qazaxıstan mərhələsi böyük ehtimalla bu il baş tutacaq.
Qran-pri 2024-cü ilin təqvimində var idi. Lakin onun keçirilməsi sual altında idi. Qazaxıstan 2023-cü ildə MotoGP qran-prisini qəbul etməyi planlaşdırırdı. Lakin təşkilatçılar trassın inşasını lazım olan tələblərə uyğun başa çatdıra bilməmişdilər.
Bu il də eyni təhlükə qalmışdı. Son aylarda mərhələnin təxirə salınacağı ilə bağlı şayiələr dolaşırdı. Lakin hazırda vəziyyət dəyişib. Təftiş komissiyasının baxışından sonra yarışın baş tutma şansı xeyli artıb. Xatırladaq ki, təqvimə uyğun olaraq , mərhələ iyunun 16-da keçirilməlidir.
Məlumata görə, hələ də görüləsi işlər çoxdur. Lakin bu işlərin əksəriyyəti ofis və bokslarla bağlıdır. Trassın özü isə faktiki olaraq hazırdır.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…