Digər idman növləri
Qılıncoynadanlar Avropa Oyunlarında fərdi mübarizəni medalsız başa vurdular
Azərbaycan qılıncoynadanları Polşada keçirilən 3-cü Avropa Oyunlarında fərdi mübarizəni medalsız başa vurublar.
Futbolinfo.az xəbər verir ki, Anna Başta ən güclü 16-lığa yüksəkmək uğrunda keçirilən görüşdə qrup mərhələsində məğlub etdiyi polşalı sablyaçı Malgorzata Kozaçukla qarşılaşıb.
11:15 hesabı ilə uduzan idmançımız mübarizəni dayandırmalı olub.
Səbinə Kərimova isə 32-likdə yığmamızın digər üzvü Valeriya Bolşakovanı 15:12 hesabı ilə məğlub edib. Səbinə ən güclü səkkizliyə yüksəlmək uğrunda görüşdə macar Renata Katona ilə qarşılaşıb. Rəqibinə 12:15 hesabı ilə uduzan Kərimova da medal şansını itirib.
- Ölkə futbolu2024-05-06 10:08
“Dinamo” Mahiri satmaq istəyir, amma…
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü