Dünya futbolu
Qolsuz hissədən sonra triller: 4-cü dəfə
Portuqaliya – Qana matçı ilk yarısı qolsuz bitib yekunda azı 5 qolun vurulduğu 4-cü Dünya Çempionatı matçı oldu. Maraqlıdı ki, indiyədək heç bir komanda iki dəfə eyni ssenaridə yer almayıb.
İlk dəfə 1982-ci ildə Polşanın Perunu 5:1 hesabıyla yendiyi matçda fasiləyədək qol vurulmamışdı. 1994-də Braziliyanın Hollandiyanı, 2018-də Belçikanın Yaponiyanı 3:2 yendiyi qarşılaşmalarda da bütün qollar 2-ci hissədə vurulmuşdu. Bu gün isə Portuqaliya ilə Qana fasilədən sonra şou göstərdi.