Ölkə futbolu
Qurban Qurbanov: “Fevralın 2-nə kimi bu transferi bitirməliyik”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:
“Vacib 3 xal qazandıq. Amma istədiyimiz idman formasında deyilik. İstərdim ki, futbolçular topla daha düzgün, tez rəftar etsinlər. Təşkilatlanmış komandaya qarşı oynadıq. Komandam diqqətli çıxış etdi. Sadəcə, son qolda diqqətsizlik oldu. “Şamaxı”ya uğur arzulayıram. Futbolçularımı təbrik edirəm”.
O, hələlik komandasını Avropa Konfrans Liqasının pley-offunda qarşılaşacağı Belçika “Gent”i ilə oyunlara hazır hesab etmədiyini söyləyib: “Qarşıda bir neçə oyun var. Həmin matça heyəti tam müəyyənləşdirməyə, fiziki və texniki durumu yaxşılaşdırmağa çalışacağıq. İndi tam hazır deyilik”.
Mütəxəssis qapıçı transferi ilə bağlı məsələyə də toxujub: “Fevralın 2-dək sifariş ərizəsini UEFA-ya təqdim etməliyik. Ona kimi transferi yekunlıaşdırmağa çalışacağıq”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…