Bizi izləyin

Ölkə futbolu

Qurban Qurbanov: “Rakuv” tam fərqli oyun fəlsəfəsinə malikdir”

blank
blank

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariq klubu “Linkoln”u 4:0 hesabı ilə məğlub etdikləri cavab görüşündən sonra mətbuat konfransı keçirib.

Futbolinfo.az xəbər verir ki, 51 yaşlı mütəxəssis oyundan-oyuna daha yaxşı forma yığacaqlarına inandığını bildirib:
“Futbolçularmı təbrik edirəm. Böyükhesablı qələbə olsa da, rəqib mübarizədən əl çəkmirdi. Futbolçularım sona kimi çox güc sərf etdilər. Sonda yaxşı qalibiyyət oldu. Yaxşı atmosfer yaratdıqları üçün azarkeşlərə təşəkkür etmək istəyirəm”.

O, müdafiəçi Kevin Medinanın start heyətində yer almamasının başqa komandaya keçməsi ilə əlaqədar olmadığını söyləyib: “Medina ilə ciddi maraqlanırlar. Amma Medina hələ bizimlədi. Bu gün əsas heyətdə oynamaması da sırf bununla bağlı deyildi”.

Baş məşqçi növbəti raunddakı rəqib “Rakuv”un fərqli üsluba malik olduğunu vurğulayıb: “Hər bir rəqibin bizə qarşı yaşatdığı çətinliklər var. Hər komanda fərqli oyun sistemində çıxış edir. “Linkoln”u məğlub etmək heç də asan olmadı. “Rakuv”a qarşı dəyişiklik olmalıdır. Onlar fərqli oyun sistemində çıxış edirlər, bərk komandadır. “Rakuv” ciddi rəqibdir. Polşa futbolundan tam fərqli oyun fəlsəfələrinə malikdirlər. Onları yaxından tanımaq üçün 5-6 gün vaxtımız olacaq. Başda mən olmaqla, bu oyuna yaxşı hazırlıq keçəcəyik”.

Qurbanov yarımmüdafiəçi Yassin Benziyanın hələ optimal formada olmadığını deyib: “Benziyanın ustalığına heç vaxt şübhəm olmayıb. Sadəcə, uzun müddət kənarda qaldığı üçün idman formasından uzaqlaşmışdı. Bizə gəldikdən sonra da iki dəfə zədələnmişdi. Bu gün də 90 dəqiqə meydanda saxlamadıq. Çünki hazır deyil. Daha 3-4 belə oyun keçirsə, əsl Benziyanı görəcəyik. Bu gün tam razı deyiləm. Onu tələsmədən yaxşı səviyyəyə gətirməyə çalışırıq”.
Təcrübəli mütəxəssis müdafiəçi Bəhlil Mustafazadənin bu görüşdə hücuma daha çox atıldığını bildirib: “Standart vəziyyətlərdən sonra hücumda görünürdü. Standart vəziyyətlər zamanı düzgün mövqe seçə bilir. Bu da onun üstünlüyüdür. Hücuma daha çox getməsini deməmişdim. Amma hücumların başlamasında rol oynamasını tapşırmışdıq”.

Qurbanov ən böyük arzusunun “Qarabağ”ı ildən-ilə irəli aparmaq olduğunu deyib: “Bu komandanın həmişə mübariz kollektiv olmasını istəmişəm. Azərbaycan futbolunda bu komandanın adı tam fərqlənir. Mənim bir istəyim, məsuliyyətim olub – nə qədər güc sərf etmək lazımdırsa, onu da edəcəyəm ki, komandanın uğurları olsun. Hər il bir pillə irəli getmək arzumuzdur. Nə dərəcədə nail olduğumuzu oyunlarda görürsünüz”.

Baş məşqçinin azarkeşlərdən istəyi futbolçulara qarşı pozitiv reaksiyalar göstərmələridir: “Çox istərdim ki, azarkeşlərdən futbolçulara qarşı həmişə pozitiv reaksiya olsun. Futbolçular normal insandır, böyük yükün altına girirlər. Milyonlar onlardan böyük uğurlar gözləyirlər. Onlar bacardıqlarından artığını etməyə çalışırlar. İşgüzar, özlərinə qarşı tələbkardırlar. Azarkeşlər təkcə “Qarabağ”a yox, azərbaycanlı futbolçulara qarşı pozitiv reaksiya göstərmələrini istəyirəm. Azarkeşin şəxsi düşüncəsi, istəyi olur. Belə hallar futbolu daha da gözəlləşdirir. Bəzi komandalara bu, müsbət təsir göstərir”.
Qurban Qurbanov hücumun mərkəzində problem yaşamadıqlarını düşünür: “Dünya futbolunda çox az klubda mərkəz hücumçusuna rast gələ bilərik. İndi futbol tam fərqlidir. Bəzi klublara mərkəz hücumçusu lazım olmur. Bu gün Redon Cicanı orada istifadə edirik. Juninyonu almışıq, Keyta da həmin mövqedə çıxış edə bilər. Mərkəz hücumçusu ilə bağlı sıxıntı yaşamırıq. Ön xətdəki oyunçulardan razıyam”.

“Qarabağ”ın baş məşqçisi transfer çalışmalarını davam etdirdiklərini sözlərinə əlavə edib: “Transfer bazarı işimizin ən vacib hissələrindən biridir. Daim yeni oyunçular axtarırıq. Hər bir məşqçi öz düşüncəsinə uyğun futbolçu axtarır. Bəzən hansısa transferin reallaşması üçün illər gözləməli olursan. Hazırda da transfer işlərimiz davam edir. Bir neçə futbolçu ilə danışıqlar gedir. Bu, müdafiə, yarımmüdafiə və hücum xəttinə ola bilər. Onları uzun müddətdir izləyirik. Bəzən düşünmədiyin anda transfer alınmır. 20-25 gün əvvəl başımıza belə hal gəldi. Futbolçunun biletini də almışdıq, səhər Bakıda olmalı idi. Amma sonda keçid baş tutmadı. Bəzən bizdən asılı olmayan məqamlar yaşanır. Transfer ola da bilər, olmaya da”.

O, 2023/2024 mövsümündə Premyer Liqanın daha maraqlı alınacağını vurğulayıb: “İddialı komandalarımız çoxalıb. Düşünürəm ki, gələn mövsüm çempionatımızda mübarizə daha maraqlı olacaq”.

Qeyd edək ki, “Qarabağ” “Linkoln”u səfərdəki ilk matçda da 2:1 hesabı ilə üstələyib. Azərbaycan çempionu II təsnifat mərhələsində Polşa klubu “Rakuv”a rəqib olub.

Reklam

Reklam


blank
Digər idman növləri2024-05-06 02:12

Norrisin ilk qələbəsi

blank
Dünya futbolu2024-05-06 02:00

“Sevilya” darmadağına sevindi

blank
Dünya futbolu2024-05-06 01:40

“Milan” evdə, “Yuventus” səfərdə xal itirdi

blank
Dünya futbolu2024-05-06 01:18

“Bayer”dən darmadağın

blank
Dünya futbolu2024-05-06 00:57

“Çelsi” darmadağına sevindi, “Liverpul” “Tottenhem”ə qalib gəldi

blank
Dünya futbolu2024-05-06 00:35

Musanın komandasından inamlı qələbə

blank
Premyer-liqa2024-05-06 00:03

“Qəbələ”də üç itki

blank
Dünya futbolu2024-05-05 23:38

“Qalatasaray” darmadağına sevindi, Renat oynamadı

blank
Dünya futbolu2024-05-05 23:23

Coşqun, Bəxtiyar və Sərtan qələbəyə sevindi, Ramil və Vüsal…

blank
Premyer-liqa2024-05-05 22:32

“Sabah” bəxt sayəsində qalib gəldi” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-05 22:25

Renduliç: “Penalti təyin olunarkən reaksiyamız xoşuma gəlmədi”

blank
Digər idman növləri2024-05-05 22:18

“Xəzri” yarımfinalda!

blank
Premyer-liqa2024-05-05 21:49

“Sabah”a bir qol bəs etdi – VİDEO

blank
Digər idman növləri2024-05-05 21:21

Azərbaycan gimnastı Avropa Kubokunda gümüş medal qazandı

blank
Premyer-liqa2024-05-05 20:57

“Sabah”dan növbəti qələbə

blank
Digər idman növləri2024-05-05 20:22

Göygöldə Avropa Kuboku başa çatdı, Azərbaycan birinci oldu

blank
Premyer-liqa2024-05-05 20:00

Ayxan Abbasov: “Bacarmasam, çıxıb gedəcəyəm” – VİDEO

blank
Premyer-liqa2024-05-05 19:38

“Turan Tovuz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-05 19:19

Rəşad Sadıqov: “Bərabərlik də ədalətli nəticə olardı” – VİDEO

blank
Əvəzedicilər2024-05-05 18:59

“Qarabağ”ın əvəzediciləri “Neftçi”yə uduzdu

blank
Premyer-liqa2024-05-05 18:29

“Turan Tovuz” “Zirə”yə evdə uduzdu

blank
Digər idman növləri2024-05-05 17:31

“Bakı Marafonu 2024”ün qalibləri mükafatlandırıldı

blank
Digər idman növləri2024-05-05 17:09

Azərbaycan yığması Avropa Kubokunda növbəti medalı qazandı

blank
Digər idman növləri2024-05-05 16:22

“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi

blank
Əvəzedicilər2024-05-05 14:29

Əvəzedicilərin yarışında 33-cü turun təyinatları

blank
Dünya futbolu2024-05-05 13:33

Milli karyerasını başa vurdu

blank
Ölkə futbolu2024-05-05 12:41

“Qarabağ”dan hücumçusu ilə yeni müqavilə

blank
Digər idman növləri2024-05-05 12:22

Bu gün Bakıdakı Avropa Kubokuna yekun vurulacaq

blank
Digər idman növləri2024-05-05 11:22

“Bakı Marafonu 2024” start götürüb

blank
Dünya futbolu2024-05-05 11:11

22 il sonra Premyer Liqada

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm