Digər idman növləri
Qurban Qurbanov Şəhriyar Məmmədyarovun tədbirinə dəvət aldı
Şəhriyar Məmmədyarov master-klass keçəcək.
Futbolinfo.az xəbər verir ki, tədbir Məmmədyarovlar Şahmat Məktəbində baş tutacaq.
Mayın 17-də keçiriləcək master-klass saat 09:30-da başlayacaq. Tədbir çərçivəsində Şəhriyar öncə iştirakçılarla tanış olacaq, onlara uğur qazanmağın yollarını göstərərək, tövsiyələrini verəcək. 7 saat davam edəcək görüş çərçivəsində iştirakçıların da suallarını cavablandıracaq Məmmədyarov, debütü, şahmatdakı problemlər haqda da danışacaq.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da tədbirə dəvət alıb. 50 yaşlı mütəxəssis Məmmədyarovun master-klassında fəxri qonaq olacaq.
Ödənişli master-klassın ikinci hissəsi nahardan sonraya təsadüf edəcək. Şəhriyar iştirakçılarla blits seans keçirəcək.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq