Dünya futbolu
Qvardiol Bundesliqa klubu ilə müqavilə bağladı
Almaniyanın “Leyptsiq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi Zaqreb “Dinamo”sundan Yoşko Qvardiolu transfer edib.
Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. 18 yaşlı xorvat futbolçu ilə 6 illik anlaşma əldə olunub. Amma Qvardiolun bu mövsümün sonuna qədər “Dinamo”nun uğurları üçün çalışmağa davam edəcək. O, “Leyptsiq”ə 2021-ci ilin yayında qoşulacaq.
Müdafiəçi olan Qvardiol “Dinamo”nun öz yetirməsidir. Xorvatiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış futbolçu hazırda U-21-in üzvüdür.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq