Bizi izləyin

Ölkə futbolu

Rəfiyevin manevr cəhdi: Abbasova təzminat ödəniləcək

blank
blank

“Sumqayıt”da Ayxan Abbasov dönəmi bitdi. Mövsümə əla başlayan, amma bunun davamını gətirə bilməyən komanda çıxış yolunu baş məşqçini istefaya göndərməkdə gördü.

Bəzən getmək, gedə bilmək də hünərdi. İşləmək naminə postundan yapışanların sonrakı aqibətini görmüşük. Sənan Qurbanovlu “Keşlə” misalını xatırlatmaq kifayətdi. Ayxan bəy isə bunadək bir neçə dəfə getmək istəməsinin siqnallarını vermişdi. O, rəhbərliyin reaksiyasını, komandanın gücləndirilməsi üçün addımlar gözləyirdi. Lakin rəqabətədavamlı heyət yaradılmadı və gözlənilən uğursuzluq reallaşdı.

“Sumqayıt” yayda əsas oyunçularını qorumaqla böyük addım atdı. Amma bu, kifayət deyildi, komanda gücləndirilməliydi. Əvəzində rəhbərlik gedənləri hətta say baxımından da əvəzləmək üçün maliyyə ayırmadı, 12-13 əsas oyunçuya “stavka” edildi, Xəyal Nəcəfov, Mehdi Cənnətov kimi aparıcı oyunçuların yeri layiqincə doldurulmadı.

Abbasov çarəsizlikdən buna razılaşıb yola davam etdi, şansını sınamaq qərarı verdi. Amma ardıcıl zədələr, aparıcı oyunçuların, xüsusilə Elvin Bədəlov və Əli Qurbaninin sıradan çıxması, eyni vaxtda Murad Xaçayevin 5 oyunluq cəzalanması, onları əvəz edəcək alternativlərin olmaması ən bəd versiyanı reallaşdırdı. Hamı güclənərkən yerində sayan “Sumqayıt”ın aqibəti belə olmalıydı.

Adətən komanda uğur qazanarkən inkişaf xətti daha da möhkəmləndirilir. “Sumqayıt” isə avrokuboklara vəsiqə qazanmasına rəğmən, fərqli münasibət gördü. Avrokuboklarda iştiraka görə qazanılan vəsait büdcəyə əlavə edilmədi, qənaət rejiminə keçildi, yekunda bugünkü tablo yaradıldı.

Kəsəsi, “Sumqayıt” Abbasovu istefaya göndərməklə uğursuzsuzluğun səbəbkarı kimi baş məşqçini göstərmək istəsə də, reallıq belə deyil. Klub rəhbərliyi günahlarını, idarəetmədəki qüsurları unutdurmaq istəyir, özünü sığortalayır. Halbuki hazırkı nəticələrə görə yeganə günahkar Ayxan bəy deyil. Təbii ki, onun da səhvləri var, amma müqayisədə məşqçinin günahları çox kiçik faizlə ifadə olunur.

Abbasov işlədiyi komandalarda işi ilə fərq yaratmış biridi. “Zirə”də debüt ilindəcə avrokuboklara vəsiqə qazanan, burada mərhələ adlayan məşqçinin uğuru bugünədək təkrarlanmayıb. Qəsəbə təmsilçisi ondan sonra bir neçə baş məşqçi dəyişsə də, qitə arenasına çıxmağı bacarmayıb. “Sumqayıt”ı da eyni aqibət gözləyir. Abbasovun vaxtında ilk dəfə medalçı, iki dəfə kubokun finalçısı və iki dəfə avrokubok iştirakçısı olan komanda daha öncə buna həsrət idi. Və indi, daha çox klub rəhbərliyinin günahı üzündən reallaşan ilk büdrəmədəcə Ayxan bəyi yola salmağı lazım bildilər.

Qarşıdakı illərdə “Sumqayıt”dan böyük uğur gözləməyə dəyməz. Komandanın azarkeşləri son 3 mövsümdə qazanılan nəticələri xoş xatirə kimi xatırlamaqla kifayətlənəcək. Ayxan bəy şəhərdə təkcə mübariz komanda yox, həm də mehriban kollektiv yaratmışdı, bəzən daha güclü rəqiblər məhz bu keyfiyyətlər sayəsində məğlub edilirdi.

İstənilən halda, 2018-in noyabrından başlayan macəra bitdi. Qərarın nə dərəcədə doğru olduğunu zaman göstərəcək. “Sumqayıt” rəhbərliyi tezliklə yeni baş məşqçi tapmalı və nəticələri yaxşılaşdırmaqla qərarının doğruluğunu isbatlamalıdı.

Bütün bunlar bir məşqçi istefasıyla bağlı yazılması mümkün olan cümlələrdi. Fəaliyyət dövrünü analiz etməklə bu ayrılığa nələrin təsir etdiyini və səbəbləri yazmışıq. Lakin…

…Lakin Abbasovun istefaya göndərilməsinin başqa səbəbləri də var. Təsadüfi deyil, klubun rəsmi açıqlamasında məşqçinin özünün istefa verməsi və ya müqavilənin qarşılıqlı razılıqla sonlandırılması qeyd edilməyib. Sadəcə, 40 yaşlı mütəxəssisin müqaviləsinə klub tərəfindən xitam verildiyi bildirilib. Deməli, Ayxan bəyi klub istefaya göndərib.

Əldə etdiyimiz məlumata görə, Abbasovla bağlı qərar işinə görə verilməyib, sadəcə, indiki nəticələr bəhanə olub. Ayxan bəy AFFA-nın və klub rəhbərliyinin tapşırığıyla heyətə futbolçu götürmədiyinə, mətbuat konfranslarında açıq danışdığına, komandasına qarşı edilən hakim səhvlərinə tənqidlə cavab verdiyinə, düşüncələrini dilə gətirdiyinə görə işdən çıxarılıb. Hakimləri tənqid etməsi, gördüklərini “mala vurmadan” dilə gətirməsi, U-21-in baş məşqçisi Milan Obradoviçin açıqlamalarına tənqidi/obyektib münasibət bildirməsi, AFFA-nı tərifləməməsi onun aqibətini müəyyənləşdirib.

Kəsəsi, Abbasovun gedişi təkcə klubun menecer prezidenti Riad Rəfiyevin yox, həm də sponsorların, dolayısıyla AFFA rəhbərliyinin qərarıdı. Ram edə bilmədikləri məşqçini gözdən salmaq üçün onun qarşılıqlı razılıqla göndərildiyini yox, məhz müqaviləsinə birtərəfli xitam verildiyini qabardıblar. Ayxan bəy də hüquqlarından yararlanacaq və klub ona müqavilənin qalan 6 ayı üçün təzminat ödəməyə razılaşıb. Razılaşmaması da mümkün deyil, hər şey sənədlərdə əksini tapıb, Abbasov klubdan təzminat alan ilk yerli məşqçi olacaq.

Beləliklə, “Sumqayıt”da yeni era başlayır. Komandanın son illərdəki kimi iddialı olmayacağı dəqiqdi. Rəfiyev həm də meneceri olduğu heyət üzvlərini satmaq, onların transferindən pul qazanmaq üçün belə fürsəti çoxdan gözləyirdi. Abbasov işləyərkən bu, mümkün deyildi, amma indi bazarlıq etmək üçün real imkandı. Milliyə tapşırıqla çağırtdırılıb qiyməti qaldırılan Höccət Haqverdini “Neftçi”ylə “Sabah”dan birinə sırımağa çalışan, Əli Qurbaniyə müştəri axtaran, Rəhim Sadıxova və digərlərinə gələn təklifləri gözləyən, onları icarəyə götürüləcək sıradan futbolçularla əvəzləmək istəyən Rəfiyev indi yalnız cibini düşünür, komandanın aqibəti ikinci dərəcəlidi. Çox şey həm də yeni məşqçi seçimindən, sponsorların münasibətindən asılı olacaq.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-04-15 11:39

MBA-da çempionat bitdi, bütün cütlüklər məlum oldu

blank
Ölkə futbolu2024-04-15 11:29

“Qarabağ”ın seriyası qırıldı, avrokubok mübarizəsi qızışdı

blank
Dünya futbolu2024-04-15 11:20

Çempionluq görüşündə ilk het-trik

blank
Dünya futbolu2024-04-15 11:03

“Liverpul” üçün uğursuz seriya

blank
Ölkə futbolu2024-04-15 10:48

Rahil cəzalandı, komandası qalib gəldi

blank
Digər idman növləri2024-04-15 10:34

Abasovun növbəti sınağı

blank
Ölkə futbolu2024-04-15 10:17

“Qarabağ” üçün daha iki potensial rəqib

blank
Ölkə futbolu2024-04-15 10:03

Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı

blank
Ölkə futbolu2024-04-15 09:47

Musasız qələbə

blank
Layihə2024-04-15 09:30

Səhər idmanı: aktiv həyat tərzi üçün

blank
Dünya futbolu2024-04-15 09:11

“Vest Hem” məşqçisin dəyişmək istəyir

blank
Digər idman növləri2024-04-15 08:45

Nicatdan növbəti heç-heçə

blank
Ölkə futbolu2024-04-15 08:00

Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı

blank
Dünya futbolu2024-04-15 02:08

“Sevilya”dan səfərdə inamlı qələbə

blank
Dünya futbolu2024-04-15 01:55

“İnter” və “Napoli”dən xal itkisi

blank
Dünya futbolu2024-04-15 01:38

“Brest” Liondan xalsız qayıtdı

blank
Dünya futbolu2024-04-15 01:19

“Liverpul” da uduzdu, “Arsenal” da

blank
Dünya futbolu2024-04-15 01:02

Həsənalızadənin komandası evdə xal itirdi

blank
Dünya futbolu2024-04-15 00:50

Şeydayevin hesabı açdığı oyunda “Kocaelispor” qalib gəldi

blank
Dünya futbolu2024-04-15 00:37

“Fənərbaxça” qalib gəldi, Renatın komandası darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-15 00:09

“Bayer” çempionluğu rəsmiləşdirdi

blank
Milli komanda2024-04-14 23:39

“Bu cür oyunları çox keçirməliyik ki, uşaqlar inkişaf etsinlər”

blank
Milli komanda2024-04-14 23:04

Millimiz Gürcüstan yığmasına məğlub oldu

blank
Premyer-liqa2024-04-14 22:43

“Sabah” “Qarabağ”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2024-04-14 22:16

“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov

blank
Digər idman növləri2024-04-14 22:07

Monte-Karloda çempion məlum oldu

blank
Premyer-liqa2024-04-14 21:59

“Qarabağ”ı udmağa görə 6 xal vermirlər” – Renduliç

blank
Digər idman növləri2024-04-14 21:25

Cüdoçularımız Berlin Avropa Kubokunda birinci yeri tutdu

blank
Digər idman növləri2024-04-14 21:09

Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu

blank
Premyer-liqa2024-04-14 20:55

“Qarabağ” “Sabah”a uduzdu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm