Bizi izləyin

Milli komanda

Rəzalətin növbəti səhifəsi: qələbə də heç nəyi dəyişməyəcəkdi

blank
blank

Moldova yığmasını yenməyimiz nəyi dəyişəcəkdi ki? Güclü olacaqdıq? Əsla! Sadəcə, problemlərin üstünə pərdə çəkiləcək, məddahlar yalançı təriflərlə ictimaiyyəti aldadacaq, altdakı təzək üstünə vurulacaq bəzəklə gizlədiləcəkdi.

Hə, bir də futbolçular, məşqçilər, AFFA-nın məsul işçiləri 10-15 min mükafat alacaq, dövlət büdcəsindən daha yarım milyon manat havaya sovrulacaqdı. Bütün bunlar baş vermədiyi üçün bəlkə də sevinmək lazımdı. Milli komandanın uğursuzluğuna sevinmək yox, o məğlubiyyətin səriştəsiz idarəçiləri ifşa etdiyi üçün…

3 sınaq matçında 2 məğlubiyyət, xüsusilə Moldovaya uduzmaq faciə deyil, faciə dünənin, bugünün, sabahın uduzulmasıdı. Avropa çempionatı üçün zədədən qaçmağa çalışan Türkiyə millisinin futbolçularına qarşı nümayiş etdirilən baxımlı futbol aldadıcı idi. Bunu Belarusla görüşdə də hiss etmədik. Çünki rəqib ikinci heyətlə mübarizə apardı, start heyətindəki oyunçulardan yarıdan çoxunun yaşı 2-in altında idi. Təcrübəsiz, yeni komplektləşən heyət üzərində qələbənin davamı gəlsəydi, sabitlik işartıları görünsəydi, ümidlənərdik. Ancaq…

267 gündən bir qələbə qazanan komandayla heç nəyə ümid etmək olmaz. Həm də bu seriya qitənin ən zəif yığmalarına qarşı oyunlarında qeydə alınıb. Canni de Byazinin bir ildi qurmaq istədiyi komandanın əticəsi məhz belədi. Belaruslu gənclər üzərində qələbə təsadüf, rəqibin zəifliyinin, oyuna barmaqarası yanaşmasının nəticəsi idi. 12 oyunda ən zəif millilər üzərində 2 qələbəyə görə italiyalıya 1 milyon avro verilməməlidi, o vəsait uşaq futboluna yönəldilməlidi. Çünki futbolçu yetişdirmirik, ancaq milliləşdirməklə məşğuluq.

Moldova ilə oyunun start heyətində meydanda başqa ölkələrin yetirməsi olan 7 futbolçu var idi:

Mehti Canetov – Rusiya

Bədavi Hüseynov – Rusiya

Anton Krivotsyuk – Ukrayna

Höccət Haqverdi – İran

Emin Mahmudov – Rusiya

Aleksey İsayev – Rusiya

Ramil Şeydayev – Rusiya

Əvəzetmədən daha ikisi oyuna daxil oldu:

Anatoli Nuriyev – Ukrayna

Rüstəm Əhmədzadə – Ukrayna

Şans qazanmayan gəlmələr də oldu:

Elvin Bədəlov – Rusiya

Murad Xaçayev – Rusiya

Rəhim Sadıxov – Rusiya

Əli Qurbani – İran

Bu oyunçuların içində farsı da var, ukraynalısı da, rusu da, amma əksəriyyəti qan xəttiylə Azərbaycana bağlıdır. Deməli, azərbaycanlı futbol oynaya bilir, sadəcə, Azərbaycanda yetişdirilmir. Baş qarışıb pul qazanmağa, əsas iş yaddan çıxıb. Rövnəq Abdullayevin, Elxan Məmmədovun, Elşad Nəsirovun futbolumuza rəhbərlik etdiyi 14 ildə milli səviyyəli 14 nəfər yetişməyibsə, deməli, günah qılıncda deyil, o qılıncı tutan biləkdədi.

Deyək ki, sabah seçmə mərhələdə təsadüfi bir qələbə qazandıq – bu, nəyi dəyişəcək? 3, 4, 5 xalla hətta sonuncu pillədən qurtulmaq olmur. Son 5 qələbəsini cırtdan Andorra üzərində qazanan Moldovaya uduzmaq biabırçı tablonun ən tünd rənglərini göz önünə sərir. Bizim oynadığımız futbol deyil. İllərdi strategiyanın, baxışın, yanaşmanın yanlış olduğunu deyirik, AFFA-nın səriştəsizləri isə bildiyini edir. Ölkədə idmanın inkişafına cavabdeh olan cənablar, belə mənzərə zövqünüzü oxşayırsa, izləməyə davam edin.

CAVAD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-05-12 23:25

Azərbaycan atleti Özbəkistanda qızıl medal qazandı

blank
Digər idman növləri2024-05-12 23:06

Azərbaycan çempionatında ilk medalçı bəlli oldu

blank
Premyer-liqa2024-05-12 22:47

“Futbolçular psixoloji olaraq çox yüklənib” – Samir Abasov

blank
Premyer-liqa2024-05-12 22:28

“Sumqayıt”dan daha yaxşı oynadıq” – Diniyev

blank
Premyer-liqa2024-05-12 22:09

“Səbail” “Sumqayıt”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-12 21:47

“Qəbələ”də 250-ci oyun

blank
Premyer-liqa2024-05-12 21:26

“Sumqayıt” “Səbail”ə qalib gəldi

blank
Premyer-liqa2024-05-12 20:47

“Oyuna nəzarət edirdik” – Sxadadze

blank
Premyer-liqa2024-05-12 20:01

“Çoxlu səhvlərə yol verdik” – Renduliç

blank
Premyer-liqa2024-05-12 19:48

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Dünya futbolu2024-05-12 19:21

Ertuğrul Sağlam yenidən Ramil Şeydayevin komandasında

blank
Premyer-liqa2024-05-12 18:58

“Qəbələ” “Sabah”a da qalib gəldi

blank
Dünya futbolu2024-05-12 18:00

Şeydayevin komandası baş məşqçisi ilə vidalaşdı

blank
Digər idman növləri2024-05-12 17:27

Qazi parakarateçilər ilk dəfə AÇ-də qızıl və gümüş medallar qazanıblar

blank
Digər idman növləri2024-05-12 16:54

Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazandı

blank
Milli komanda2024-05-12 15:31

Millimiz iki yoldaşlıq görüşü keçirəcək

blank
Digər idman növləri2024-05-12 15:00

Muradlı Avstriyada qalib oldu, Məmmədyarov üçüncü yeri tutdu

blank
Dünya futbolu2024-05-12 14:33

“Real” rekordunu təkrarladı

blank
Dünya futbolu2024-05-12 14:00

Səudiyyə Ərəbistanında çempion bəlli oldu

blank
Dünya futbolu2024-05-12 13:28

Messinin 11 oyunluq seriyası başa çatdı

blank
Digər idman növləri2024-05-12 13:00

Təbriz klubundan növbəti qələbə

blank
Dünya futbolu2024-05-12 12:44

Hüseynovlu “Arda”dan əzmkar qələbə

blank
Digər idman növləri2024-05-12 12:26

IWF prezidenti Azərbaycanda ağırlıqqaldırmanın infrastrukturu ilə tanış olacaq

blank
Digər idman növləri2024-05-12 12:00

“Ümid edirəm finalda yaxşı oyun sərgiləyəcəyik”

blank
Digər idman növləri2024-05-12 11:29

Azərbaycanın daha dörd cüdoçusu “Böyük Dəbilqə”də mübarizəyə başlayır

blank
Digər idman növləri2024-05-12 11:00

Qadın güləşi tarixində ilk: “Allaha şükür edirəm”

blank
Ölkə futbolu2024-05-12 10:36

Mahir Xorvatiya çempionu oldu

blank
Digər idman növləri2024-05-12 09:29

Azərbaycan yığmasından Burqasda qızıl medal

blank
Premyer-liqa2024-05-12 09:00

“Qəbələ” “Sabah”a, “Sumqayıt” “Səbail”ə qarşı

blank
Ölkə futbolu2024-05-12 08:45

Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm