Ölkə futbolu
Ramin Quliyev tələsmək istəmir
“Sabah”ın baş məşqçisi Ramin Quliyev komandanın transfer planlarından danışıb. Futbolinfo.az-a açıqlama verən gənc çalışdırıcı axtarışların davam etdiyini deyib.
O, transfer siyahısında bir çox futbolçunun yer aldığını bildirib: “Hələ ki, bu sahədə axtarışlarımız davam edir. Transfer siyahımızda bir çox oyunçunun adı var. Menecerlər tərəfindən təklif edilən futbolçular da var. Konkret ad çəkmək istəməzdim. Yay transfer dönəmində iki futbolçu transfer etmişik. Bir neçə oyunçu ilə müqavilə müddətini artırdıq. Transfer məsələlərində tələsmirik. Əsas olan, komandaya cəlb ediləcək futbolçunun komandamıza faydalı olmasıdır”.
Qeyd edək ki, “Sabah” bu transfer dönəmində “Zirə”dən ayrılan Elvin Camalov və “Neftçi”ni tərk edən Səlahət Ağayevi heyətinə qatıb.