Dünya futbolu
Ramos “Real”la göz yaşları içində vidalaşdı
İspaniyalı müdafiəçi Serxio Ramos “Real”la vidalaşıb.
Futbolinfo.az xəbər verir ki, 35 yaşlı futbolçunun Madrid klubunda son mətbuat konfransı keçirilib. Ramos konfrans zamanı danışarkən göz yaşlarını saxlaya bilməyib:
“Real”la vidalaşmağın vaxtıdır. Həyatımın ən çətin anlarından biridir. Bu, bir vidadan daha artıqdır. Nə vaxtsa geri qayıdacağımdan əminəm. “Real” hər zaman qəlbimdə qalacaq. Hər kəsə təşəkkür edirəm”.
2005-ci ildən “Real”da çıxış edən Ramos klubla bitən müqaviləsini yeniləməyib.