Dünya futbolu
Ramosa yeni təklif
PSJ-dən yeni müqavilə təklifi almayan Serxio Ramos yayda iş yerini dəyişəcək. İspan müdafiəçi ərəb ölkələrindən bir neçə təklif alıb.
Futbolinfo.az “Marca”ya istinadla xəbər verir ki, təcrübəli oyunçunun Kriştianu Ronaldonun oynadığı Səudiyyə Ərəbistanına getmək şansı daha çoxdur. Amma onunla “Əl Nəsr” yox, bu ölkənin başqa bir klubu – “Əl Hilal” maraqlanır. Lionel Messini transfer edə bilməyən komanda 37 yaşlı Ramosa 2 illik müqavilə təklif edib.
Vazkeçilməz maliyyə şərtlərinə “yox” deyə bilməyən Serxionun mövsüm bitən kimi Asiyaya gedəcəyi gözlənilir. 2021-ci ildə Parisə gələn futbolçu Fransa klubu ilə bitən müqaviləsini yeniləməyəcək.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Dünya futbolu2024-04-19 17:27
“Beşiktaş” Qurban Qurbanovla bağlı qərar verməyib