Dünya futbolu
Ranqnik: “Azərbaycanda rahat üç xal qazanacağını düşünə bilməzsən”
Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AÇ-2024-ün seçmə mərhələsi barədə açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yer aldığı F qrupundakı şanslarını dəyərləndirən 64 yaşlı almaniyalı mütəxəssis, Azərbaycan və Estoniyaya autsayder kimi yanaşmadıqlarını deyib:
“İstənilən rəqibi məğlub edə biləcək səviyyəyə çatmaq istəyirik. Digərləri kimi, Azərbaycan və Estoniya da AÇ-2024-ə qatılmaq istəyir. Buna görə də, onlara autsayder gözü ilə baxmaq və bu komandaları qiymətləndirməmək olmaz. Azərbaycana gedib, rahat üç xal qazanacağını düşünə bilməzsən”.
AÇ-2024-ün seçmə mərhələsinin F qrupunda Avstriya və Azərbaycanla yanaşı, Belçika, İsveç və Estoniya da mübarizə aparacaq. Azərbaycan millisi ilk oyununu gələn il martın 24-də səfərdə məhz Avstriyaya qarşı keçirəcək.
- Ölkə futbolu2024-05-06 10:08
“Dinamo” Mahiri satmaq istəyir, amma…
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü