Dünya futbolu
Rays yayda əsas transfer hədəfi olacaq
Uzun müddət danışıqlar apardığı Mihail Mudriki son anda “Arsenal”ın əlindən alan “Çelsi” yenə eyni həvəsdədir. Bu dəfə “Mançester Yunayted” də “topçular”la rəqabətdədir.
Futbolinfo.az xəbər verir ki, “Vest Hem”n satmaq istədiyi Deklan Rays sözügedaən nəhənglərdən birinə qismət olacaq. Amma dayaq yarımmüdafiəçisinin özünün “Arsenal”da oynamaq arzusu bu dəfə vəziyyəti dəyişə bilər. Komandanın baş məşqçisi Mikel Arteta böyük rəğbət bəslədyi oyunçuya görə hətta klubun transfer rekordunu da qırmağa razıdır.
Lakin bütün bunlar mövsüm bitdikdən sonra baş verəcək. Çünki “Arsenal” yayda əsas transfer hədəfi olaraq Deklanı seçib. “Vest Hem” 24 yaşlı oyunçusu üçün 100 milyon avro tələb edir.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…