Müsahibə
Rayselin tanışı, Buqrinin dostu: “Burada özümü rahat hiss edirəm”
“Düşünürəm ki, Azərbaycan liqası maraqlıdır. Məhz ona görə bura gəldim” – bunu futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin yeni transferi Əyyub Allaş deyib.
Belçikalı futbolçu yeni klubundan və ölkəmizə gəlişindən söz açıb: “Hər şey məni qane edir. Burada özümü rahat hiss edirəm. Maraqlı və gərgin çempionat olduğunu düşünürəm”.
Allaş ölkəmizə gəlməmişdən öncə Azərbaycan çempionatı haqqında məlumata sahib olduğunu bildirib: “Açığı, az da olsa, məlumatım var idi. Çünki “Qarabağ” avrokuboklarda yaxşı nəticə göstərir. Onlar Çempionlar Liqasında oynamışdılar. Həmin vaxtdan Azərbaycan haqqında məlumata sahibəm”.
Belçikalı yarımmüdafiəçi “Neftçi”də dostunun, “Qəbələ”də tanışının oynadığını deyib: “Neftçi”də yaxın dostum Sabir Buqrin çıxış edirdi. “Qəbələ”də keçmiş rəqibim Nikolas Raysel oynayıb. Onlarla yaxşı münasibətim var”.
Futbolçu “Sumqayıt” üzərində qazandıqları qələbədən də söz açıb: “Çox vacib oyun idi. Çünki komandanın mütləq qələbəyə ehtiyacı var idi. Evdə 3 xalı qazandığımız üçün çox şadam”.
AĞA
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır