Dünya futbolu
“Real” rəhbərliyi Bellingemin atası ilə görüşdü
Cud Bellingemin atası “Real” rəhbərliyi ilə görüşüb. Yayda İngiltərə millisinin yarımmüdafiəçisini transfer etmək istəyən madridlilər, keçidlə bağlı məsləhətləşmə aparıb.
Futbolinfo.az xəbər verir ki, görüşdə məqsəd futbolçunun istəklərini öyrənmək, eyni zamanda klubun təklifini çatdırmaq olub. Lakin yekun qərar klublar arasındakı danışıqlardan sonra veriləcək.
Dortmund “Borussiya”sı futbolçusu üçün 150 milyon avro tələb edir. Müştərilər arasında “Çelsi”, “Mançester Siti” və “Liverpul”un da olması madridlilərin işini çətinləşdirir. Almanlar məhz bu məqamdan istifadə edərək güzəştə getmir.
19 yaşlı oyunçunun Bundesliqa təmsilçisi ilə 2025-ci ilin yayınadək müqaviləsi var. Dortmundlular onu 2020-ci ildə “Birmingem”dən 25 milyon avroya almışdı.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq