Digər idman növləri
“Red Bull” tarixinin ən güclü 10 sürücüsü
Məşhur “Autosport” nəşri “Red Bull” tarixinin ən güclü 10 pilotunun adını açıqlayıb. Reytinqə əsasən Sebastyan Fettel hamıdan yüksəkdə yer alıb. Lakin nəşrin qənaətinə görə, ikiqat dünya çempionu olan Maks Ferstappen liderliyi almaq yolundadır.
Niderlandlı pilotdan sonra reytinqdə Daniel Rikkardo yer alıb. Qeyd edək ki, avstraliyalı pilot “Red Bull”da həm 4 qat dünya çempionu Fettel, həm də Ferstappenlə komanda yoldaşı olub və hər ikisini qabaqlayıb.
Komandanın hazırkı sürücüsü meksikalı Serxio Peres reytinqdə 6-cı sıraya yerləşdirilib.
İlk onluq belədir:
1. Sebastyan Fettel
2. Maks Ferstappen
3. Daniel Rikkardo
4. Mark Vebber
5. Devid Kulthard
6. Serxio Peres
7. Karlos Sayns
8. Pyer Qasli
9. Daniel Kvyat
10. Aleksandr Elbon