Ölkə futbolu
Regekampf fikrini dəyişdi: təzminatı tam istəyir
Sərgən Yalçını baş məşqçi postuna gətirməyə müvəffəq ola bilməyən “Neftçi” sabiq çalışdırıcısı Laurentsiu Regekampfla da başı dərdə girib. Buna səbəb rumıniyalı mütəxəssisin alacağı təzminat məbləğidir.
Futbolinfo.az saytının “Romania TV”yə istinadən məlumatına görə, 48 yaşlı mütəxəssis əvvəlcə müqavilənin xitamı üçün endirimə razılıq versə də, sonradan fikrini dəyişib. “Neftçi” rəhbərliyinin onunla vidalaşmamış başqa mütəxəssislə danışıq aparması Regekampfı qəzəbləndirib.
Nəticədə o, qisas almaq qərarına gəlib. Məlumatda qeyd edilir ki, Regekampf indi də 150 min avroluq təzminat haqqını tam istəyir.
Qeyd edək ki, “Neftçi” ötən mövsüm Laurentisu Regekampfın rəhbərliyi altında Azərbaycan Premyer Liqasında 3-cü yeri tutub, ölkə kubokunun isə finalında “Qəbələ”yə məğlub olub.