Dünya futbolu
Riberi yenidən “Bayern”də
Frank Riberi Münhenə qayıdır. “Bayern”in sabiq futbolçusu yenidən Almaniya nəhənginin düşərgəsində olacaq.
Futbolinfo.az xəbər verir ki, karyerasını bitirdiyi “Salernitana”da köməkçi-məşqçi kimi çalışan fransalı buradakı işindən məmnun deyil. O, vaxtilə çıxış etdiyi “Bayern”in akademiyasında çalışmaq niyyətindədir. Belə arzusu olduğunu münhenlilərə çatdıran sabiq yarımmüdafiəçi müsbət cavab alıb. Riberi yayda Almaniyaya qayıdacaq.
Fransa millisinin sabiq üzvü karyerasının ən parlaq dönəmlərini “Bayern”də keçirib. 12 il Almaniya nəhənginin formasını geyən Frank, 2022-ci ilin yayında bir mövsüm formasını geydiyi “Salernitana”da yaşıl meydanlara vida edib. Həmin vaxtdan məşqçi işləyən 40 yaşlı Riberi İtaliya klubunda inkişaf üçün perspektiv görmədiyindən Münhenə qayıdır.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə