Dünya futbolu
Rodriqo Mbappenin gəlişindən narahat deyil
Rodriqo Kilian Mbappenin mümkün transferindən narahat deyil. “Real”ın hücumçusu fransalı hücumçunun heyətə qatılacağı halda yerini itirəcəyini düşünmür.
Futbolinfo.az xəbər verir ki, dünən “Atletik”lə oyunda dubl edən braziliyalı soyuqqanlı danışıb: “Bu, mənim yox, baş məşqçinin problemidir. Kimi meydana buraxacağını, kimdən necə faydalanacağını o daha yaxşı bilir. Bizim işimiz şansımızdan düzgün yararlanmaqdır”.
Rodriqo Mbappenin transferi reallaşandan sonra bu barədə düşünə biləcəyini deyib: “Ehtiyat oyunçular skamyasına düşmək təhlükəsi olarsa, daha çox çalışacam. Bu gün iki qol vurmuşam və çox xoşbəxtəm. Militaonun zədəsini sağaldıb sıralarımıza dönməsinə görə də məmnunam. Qalan şeylər barədə sonra düşünərik”.
Qeyd edək ki, Rodriqo bu mövsüm bütün yarışlarda 41 oyuna çıxıb, 15 qol vurub, 8 məhsuldar ötürmə verib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…