Dünya futbolu
Ronald Kuman istefa verəcək?
“Barselona”nın baş məşqçisi Ronald Kuman Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Benfika”ya məğlub olduqları oyundan sonra komandadakı gələcəyi haqda fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Kuman, “istefa verməyi düşünürsüzmü” sualına belə cavab verib:
“Gələcəyim haqda nəsə deyə bilmərəm. Klubun bu məsələdə nə düşündüyünü bilmirəm. Bu, mənim əlimdə deyil. Görək, necə olacaq. Bütün diqqətim komandadadır. Futbolçuların dəstəyini hiss edirəm”.
O, 0:3 hesabıyla uduzduqları matçı belə şərh edib: “Əlbəttə, nəticəni qəbul etmək çətindir. Bu, oyunumuzla üst-üstə düşməyən bir nəticə oldu. Erkən qol buraxmağımıza baxmayaraq, komanda 0:2-yə qədər yaxşı oynadı. Çox yaxşı qol imkanlarımız oldu. “Benfika” güclü komandadır. Nəticələr pisdirsə, günah məşqçidədir. Rəqibdən üstün olsaq da, məğlub olduq. Yaxşı qol imkanlarımızı dəyərləndirə bilmədik. Qoldan başqa, rəqibdən heç nədən geri qalmadıq”.
“Barselona” Çempionlar Liqasında “Benfika”ya (Portuqaliya) 0:3 hesabıyla uduzub.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq