Dünya futbolu
Ronaldinyo və qardaşı sərbəst buraxıldı
Braziliya millisinin keçmiş futbolçusu Ronaldinyonun Paraqvayda saxlanıldığını xəbər vermişdik.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, sabiq yarımmüdafiəçi və qardaşı saxta pasport istifadə etməkdə ittiham olunurdu.
Paraqvay prokurorluğu Ronaldinyo və qardaşının günahsız olduğu və onların saxta pasportdan məlumatlarının olmadığı qənaətinə gəlib. İfadələrində də aldadıldıqlarını bildirən Ronaldinyo və qardaşı sərbəst buraxılıb.
Ronaldinyo peşəkar futbolçu karyerasını 2018-ci ildə bitirib. 2003-2008-ci illərdə “Barselona”da çıxış etmiş “sambaçı”, 97 dəfə də Braziliya millisinin uğurları üçün çalışıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı