Ölkə futbolu
Ronaldo “Mançester Yunayted”lə müqavilə imzaladı
“Yuventus”dan ayrılan portuqaliyalı hücumçu Kristiano Ronaldo “Mançester Yunayted”lə rəsmi müqavilə imzalayıb.
Futbolinfo.az xəbər verir ki, 36 yaşlı futbolçu “qırmızı şeytanlar”la 2+1 illik sözləşmə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Yuventus” isə Ronaldo ilə bağlı vida mesajı yayımlayıb. Turin təmsilçisi “tvitter” hesabı vasitəsilə 36 yaşlı futbolçuya xidmətlərinə görə təşəkkür edib.
Ronaldo 2018-ci ildən “Yuventus”da çıxış edirdi. Portuqaliyalı hücumçu Turin təmsilçisində 133 oyunda 101 qol vurub.
Yeri gəlmişkən, “Yuventus” Ronaldonun “Mançester Yunayted”ə keçidinin detallarını açıqlayıb. “Qırmızı şeytanlar” Ronaldo üçün “Yuventus”a 15 milyon avro transfer haqqı ödəyəcək. İtaliya klubu bonus olaraq daha 8 milyon avro qazana bilər.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq