Dünya futbolu
Runidən Mbappeyə çəsləhət: PSJ-dən qaç!
İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi Kilian Mbappeni Fransanı tərk etməyə çağırır. O, PSJ-ni hücumçu üçün oxunmuş kitab sayır.
Futbolinfo.az xəbər verir ki, Runi Mbappenin səviyyəsini artırmaq üçün daha güclü çempionata və kluba getməli olduğunu düşünür: “Kilian Fransada hər şeyi qazanıb, PSJ-də daha artığını bacarması çətin görünür. Paris təmsilçisi böyük klubdur, amma Mbappe onunla ölkə daxilində mümkün titulların hamısına yiyələnib. Mütləq “Mançester Yunayted”ə və ya “Real”a keçməlidir. İngiltərə Premyer Liqası onun səviyyəsini artırması baxımından əla yerdir”.
Ueynin fikrincə, Kilian Kriştianu Ronaldo və ya Lionel Messi səviyyəsinə çatmaq üçün mütləq bu addımı atmalı, özünü inkişaf etdirməlidir.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq