Digər idman növləri
Rusiya və Belarus cüdoçuları beynəlxalq yarışlardan imtina etdi
Rusiya cüdoçuları Beynəlxalq Cüdo Federasiyası (IJF) və Avropa Cüdo İttifaqının (EJU) bayrağı altında keçirilən yarışlarda çıxışlarını dayandırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Rusiya Cüdo Federasiyasının rəsmi saytı məlumat yayıb.
Qərar ölkədən çıxışın çətinliyi və idmançıların təhlükəsizliyi ilə əlaqədar qəbul olunub.
Rusiya cüdoçuları ilə yanaşı, Belarus təmsilçiləri də beynəlxalq turnirlərdə iştirakdan imtina ediblər.
Xatırladaq ki, daha əvvəl IJF Rusiya və Belarusda keçirilən beynəlxalq yarışları ləğv edib, həmçinin ölkə prezidenti Vladimir Putinin qurumun fəxri prezidenti və səfiri səlahiyyətlərini dayandırıb. Bundan başqa, Rusiya və Belarus cüdoçularının beynəlxalq turnirlərdə neytral statusda çıxış etməsinə qərar verilib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…