Dünya futbolu
Rusiyadakı legionerlərə klubları tərk etmək hüququ verilir
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Rusiyada çıxış edən legioner futbolçuların müqavilələrinə xitam verilə bilər.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FİFPro) FİFA-ya bu təşəbbüslə müraciət edib.
Müraciətə müsbət cavab verilsə, Rusiya klublarının əcnəbi futbolçuları heç bir cəza almadan müqavilələrini poza bilərlər.
Hazırda Rusiyada 200-ə yaxın əcnəbi futbolçu oynayır. Onlardan 133-ü Premyer Liqadadır.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)